”Üzeyir Abbasov olmadığı ərazidə xəta törədib”

Vəkil saxlanılan AXCP üzvü ilə görüşüb

Source:
Üzeyr Abbasov foto sosial şəbəkə


Vəkil saxlanılan AXCP üzvü ilə görüşüb

Sentyabrın 6-da vəkil Əsabəli Mustafayev Binəqədi Cəzaçəkmə Müəssəsində 30 sutka inzibati həbs cəzası alan AXCP üzvü Üzeyir Abbasovla görüşüb.

Bu barədə “Facebook” səhifəsində məlumat paylaşan vəkil Üzeyr Abbasovun necə həbs olunmasına aydınlıq gətirib:

“Sentyabrın 2-də Üzeyr Abbasovun telefonuna zəng edən Səbail Rayon Polis İdarəsinin əməkdaşı onu bölməyə dəvət edib. Polisə ayağında problem olduğundan gələ bilmədiyini, əgər zərurət varsa, evdə görüşməyə hazır olduğunu deyib. Polis eləməyib tənbəllik gəlib onun yaşadığı mənzilə və AXCP üzvü ilə birgə 8-ci polis bölməsinə getməyi xahiş edib. Üzeyir onunla birlikdə əvvəl idarəyə, sonra isə  bölməyə gedib. Bölmədə onun saxlanılmasının səbəbi bir gün əvvəl öz “Facebook” səhfəsində karikaturaya şərh verərək paylaşması olub. Xakerlərin köməyi ilə onun səhfəsindəki bütün statuslar pozulub və sərbəst buraxıblar. Lakin tələb ediblər ki, birinci gün yenidən bölməyə gəlsin, buradan onun Bakı şəhır Baş Polis İdarəsinə aparılacağını deyiblər. Eyni zamanda, daha ciddi məsuliyyətə cəlb olunacağı barədə hədələnib”.

Vəkil AXCP üzvünün bölmədən çıxaraq Amerikanın Bakıdakı səfirliyinin qəbul otağına getdiyini deyir. Onu içəriyə buraxmadıqlarından  pəncərədən başına gələnləri danışıb və işinin müşahidə olunmasını xahiş edib. Bu zaman çoxlu sayda polis əməkdaşları oraya gəlib və Üzeyir Abbasovu aparıblar. Həmin günü protokol tərtib olunub ki, Üzeyir 20-ci sahənin ərazisində olarkən küçədə ünvansız söyüş söyüb və bu hərəkətlərin dayandırılması barədə polisin tələbinə tebe olmayıb.

Ancaq Əsabəli Mustafayev Üzeyr Abbasovun sentyabrın 2-də günorta saatlarında tutulsa da, 3 gün sonra məhkəmə qarşısına çıxarıldığını qeyd edib:

“Həmin gün, ümumiyyətlə, olmadığı ərazidə inzibati xəta törətməsi bəhanəsilə məsuliyyətə cəlb edilib. İşin qısa mahiyyəti bundan ibarətdir”.

Ana səhifəXəbərlər”Üzeyir Abbasov olmadığı ərazidə xəta törədib”