ÜST koronavirusu pandemiya elan edib

“Bu baxımdan COVİD-19-un pandemiya olaraq dəyərləndirilə biləcəyi qənaətinə gəldik”.

Foto: Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)


“Virusun yayılacağı ölkələrin sayının artacağı gözlənilir”

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusu pandemiya elan edib, – BBC xəbər verir.

Bu barədə qurumun baş katibi Tedros Adanom Gebreisus keçirdiyi mətbuat konfransında deyib.

“Pandemiya” yoluxucu xəstəliyin bütün bir ölkəni, eyni zamanda onunla həmsərhəd ölkələri, bəzən bir çox ölkəni bürüməsinə deyilir.

ÜST-ün baş katibi deyib ki, yaxın həftələr ərzində yoluxma hallarının, ölümlərin, infeksiyanın yayılacağı ölkələrin artacağı gözlənilir: “Bu baxımdan COVİD-19-un pandemiya olaraq dəyərləndirilə biləcəyi qənaətinə gəldik".

İlk dəfə Çinin Vuhan şəhərində yayılan virus hazırda 121 ölkədə qeydə alınıb. Ən çox yoluxma halı Çin, İran və İtaliyadadır.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 122 235-ə çatıb. Bunların 66 993 nəfəri sağalıb, 4 391 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Martın 9-da Türkiyədə də 1 nəfərdə koronavirus aşkarlandığı rəsmi təsdiqləndi.

“BBC türkcə”yə danışan Türk Tibb Dərnəyi (TTB) Mərkəzi Şurasının sədri Sinan Adıyaman, virusun aşkarlanmasında istifadə edilən sınaqların səhv olma ehtimalının olduğunu bildirib. Onun fikrincə, şübhəli insanların ağciyər tomoqrafiyasının çəkilməsi də vacibdir.

Almaniya kansleri Angelan Merkel alman əhalisinin 60-70 faizinin koronavirus xəstəliyinə məruz qalmasının gözlənildiyini söyləyib.

Ana səhifəDünyaÜST koronavirusu pandemiya elan edib