ÜST: Koronavirus təcridinin qaldırılması tədricən olmalıdır

“Ən azı bir peyvənd və ya çox təsirli bir müalicə üsulu tapılana qədər bu proses bizim üçün yeni normaya çevrilməlidir”.

Foto: Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)


“Ən azı bir peyvənd və ya çox təsirli bir müalicə üsulu tapılana qədər bu proses bizim üçün yeni normaya çevrilməlidir”

Ümumdünya Səhiyyə Təşkilatı çərşənbə axşamı bildirib ki, koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq edilən təcrid tədbirləri tədricən qaldırılmalıdır.

“Reuters”in məlumatına görə, təşkilat xəbərdarlıq edib ki, məhdudiyyətlər qısa müddətə sürətlə qaldırıldığı halda yoluxma halları yenidən canlana bilər.

“Təcrid tədbirləri təsirli olub və insanlar koronavirusun nəzarətdə saxlanması üçün yeni həyat tərzinə hazır olmalıdırlar”, – ÜST-ün Qərb Sakit okean bölgəsi üzrə direktoru Takeşi Kasai deyib.

Kasai onlayn mətbuat konfransında bildirib ki, insanlar həyatlarını və sağlıq sistemlərini artıq epidemiyaya uyğunlaşdırmalıdırlar:

“Ən azı bir peyvənd və ya çox təsirli bir müalicə üsulu tapılana qədər bu proses bizim üçün yeni normaya çevrilməlidir”.

“Təcrid tədbirlərini qaldırmağı düşünən hökumətlər bunu diqqətlə və mərhələli etməlidir”, – o deyib və əlavə edib ki, onlar epidemiya vəziyyətini izləməyə davam etməlidirlər.

“Koronavirus dövriyyədə olduğu müddətcə heç bir ölkə baş verə biləcək təhlükədən azad deyil. Fərdlər və cəmiyyət yeni yaşayış tərzinə hazır olmalıdır”, – Kasai deyib.

Son həftələr Qərbi Sakit ocean ABŞ və ya Avropaya nisbətən koronavirusdan daha az zərər görüb. Lakin Yaponiya və Sinqapurda yoluxma hallarının artması müşahidə edilib.

Ana səhifəDünyaÜST: Koronavirus təcridinin qaldırılması tədricən olmalıdır