“Qanunvericilik beynəlxalq standartlara uyğunlaşdırmalıdır”
Amerikanın dini etiqad azadlığı üzrə orqanı USCIRF Azərbaycan hökumətinə çağırış edib.
Təşkilat bəyan edib ki, Azərbaycan 2009-cu il tarixli “Dini etiqad azadlığı haqqında” qanunu beynəlxalq standartlara uyğunlaşdırmalıdır.
Bu barədə “Turan”ın Vaşinqton müxbiri məlumat verib.
Onun sözlərinə görə, 1988-ci ildə qlobal dini etiqad azadlığı ilə bağlı ABŞ prezidentinə, dövlət katibinə və Konqresə siyasi tövsiyələr hazırlamaq üçün yaradılmış iki partiyalı komissiya Dövlət Departamentinə “din azadlığının sistemli şəkildə pozulması davam etdiyinə görə” Azərbaycanı xüsusi siyahısına salmağı tövsiyə edib.
“Cümə axşamı USCIRF Azərbaycanda dini etiqad azadlığı şəraiti haqqında yenilənmiş məlumatları dərc edib”, – xəbərdə bildirilir.
Müəlliflər qeyd ediblər ki, Azərbaycan yenidən baxmaq istəmədiyi 2009-cu il tarixli “Dini etiqad azadlığı haqqında” qanunu ciddi şəkildə məhdudlaşdırıb.
Onlar bir sıra siyasi məhbusların, o cümlədən 31 dini fəalı azad edilməsi ilə bağlı xəbərləri alqışlasalar da, dini etiqad azadlığı ilə bağlı problemli qanunvericiliyin olduğunu deyiblər.
Hesabatda dini icmaların məcburi qeydiyyatı və digər məhdudiyyətlərin, dini fəalların davam edən təqiblərinin və Qarabağla bağlı bərpa edilmiş münaqişə kontekstində bu yaxınlarda törədilmiş pozuntuların yaratdığı bir çox maneə ətraflı təsvir edilib.