Uşaqlara qoyulan yeni populyar adların siyahısı açıqlanıb

“Valideynin övladına “Limonad” adı qoyması hansı məntiqə uyğundur?!”

Source:


“Valideynin övladına “Limonad” adı qoyması hansı məntiqə uyğundur?!”

“Son dövrlərdə Azərbaycanda uşaqlara qoyulan adların siyahısına daxil olan adların çoxu türk mənşəlidir”. Bunu “Report”a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova bildirib.

Onun sözlərinə görə, il ərzində siyahıya çoxlu sayda yeni adlar daxil edilib: “Son dövrlərdə valideynlər qız övladlarına yeni adlardan daha çox “Dəniz”, “Dərya”, “Damla”, “Nurgün”, “Nuray”, oğlanlara “Elnur”, “Aydəmir”, “Alpər” kimi adlar qoymağa üstünlük verirlər. “Alpər” son dövrdə ən çox qoyulan adlar sırasındadır. Bu ad Göytürk abidələrindən götürülüb”.

S.Sadıqova deyib ki, bəzi valideynlər Terminologiya Komissiyasının adlarla bağlı gördüyü işləri düzgün qiymətləndirmirlər: “Bəzi valideynlərdə elə təəssürat yaranır ki, sanki Terminologiya Komissiyası bütün adlara qarşıdır. Amma bizim başlıca məqsədimiz odur ki, balalarımız adları səslənəndə utanmasın, əksinə qürur hissi keçirsinlər. Valideynin övladına “Limonad” adı qoyması hansı məntiqə uyğundur?!”.

O qeyd edib ki, gülüş doğuran, anlaşılmaz adlar siyahıya daxil edilmir və körpələrə qoyulmasına da icazə verilmir: “Təklif olunan “Topraq” adının qoyulmasına icazə vermədik, ad siyahıdan çıxarıldı”.

Komissiyanın sədr müavini bəzi qədim adların siyahıdan çıxarılmasının mümkün olmadığını deyib: “Azərbaycanda alınma adlar vaxtilə ərəb-fars dilindən keçib, onlar artıq dilimizin daxili qayda-qanunlarına uyğunlaşıb. Bu adları artıq çıxarmaq olmaz”.

Ana səhifəXəbərlərUşaqlara qoyulan yeni populyar adların siyahısı açıqlanıb