Uşaqlara Faciələr barədə Necə Danışırıq?

Media və xüsusilə də TV uşaqlara təsir edir…

Source:

Yanvar ayının 17-də, yeddi yaşlı Sevil Bakının Suraxanı rayonunda yerləşən məktəbdən qorxu içində qayıdıb. “O, gün boyu özündə deyildi və gecə yata bilməmişdi”, – anası Nurlana Sadıxova deyir. Sevilin məktəbində 1990-cı ilin faciəvi 20 yanvar hadisələri barədə təqdimat keçirilmiş və təqdimatın ardınca məktəblilərə gördüklərinin – ölmüş insanlar, qan, qırmızı qərənfillər, ağlayan insanların – rəsmini çəkmək tapşırılmışdı.

“Sevil şokda idi, çünki bundan əvvəl biz onunla heç vaxt zorakılıq və ölüm barədə danışmamışdıq, o qorxu içində idi. Onun bizim tarixi və insanlarımızın nə yaşadığını bilməsi çox vacibdir, amma çox istərdim ki, azyaşlı uşaqlara faciələr barədə danışmağın daha yaxşı yolu olsun,”  – Sadıxova deyir.

“Qara Yanvar” adlandırılan


1990-cı ilin 20 yanvarı


Azərbaycanın müasir tarixinin ən qara səhifələrindən biridir. Həmin gün Sovet ordusu SSRİ-yə qarşı çıxan siyasi müxalifətin qarşısını almaq üçün Bakıya daxil olmuşdu. Qısa zamanda şəhər döyüş zonasına çevrilmiş və ən azı 130 mülki vətəndaş və 21 əsgər qətlə yetirilmişdi. Bu gün, uşaqlıqda faciəvi hadisənin şahidi olmuş 30 yaşlı Sadıxova deyir ki, qızının Azərbaycanın nələr yaşadığını bilməsini istəyir, amma arzu edərdi ki, bunlar uyğun vaxtda, müvafiq yaşda və bəlkə daha yaxşı yolla edilsin.


Azərbaycanda uşaqlara faciələr barədə necə danışırıq?

Sadıxova qeyd edir ki, o da qızının oxuduğu məktəbi bitirib, amma nə özü, nə də Sevil faciələr barədə danışmağın xüsusi yanaşması barədə heç vaxt eşitməyib.

“20 Yanvar,


Xocalı

,

8 May

,

9 May

,

31 Mart


və bir neçə başqa tarixlər… Bu tarixlərdə uşaqlara ölüm və zorakılıq barədə qorxulu hekayələr danışırlar. Bəli, bu hekayələr həqiqidir, amma mən istərdim ki, uşaqların psixoloji reaksiyası da nəzərə alınsın,” – o, əlavə edir.

Uşaq psixoloqu işləyən Şəhla Vəliyeva Bakının Nobel Prospektində yerləşən və özünün də çalışdığı məktəbdə 20 Yanvar və Xocalı faciələrinə həsr olunmuş bir neçə tədbirinin keçirildiyini deyir.

“Bizim məktəb 16 yanvarda film nümayiş etdirib. Yanvarın 17-də isə müəllimlər uşaqlara faciə barədə danışmış və onlardan ölənlərin ruhunu bir dəqiqəlik sükutla yad etməyi xahiş etmişlər. Bizim belə şeylər barədə uşaqlarla danışmaq üçün xüsusi strategiyamız yoxdur. Bu pis ideya deyil, amma Təhsil Nazirliyinin müvafiq əmri olmasa, bunları dəyişə bilmərik,” – o, əlavə edir.

Bu hesabat hazırlananda


Təhsil Nazirliyinin


şərhini almaq mümkün olmadı.

Vəliyeva deyir ki, o, bəzi uşaqların qurbanların şəkillərinə baxanda ağladıqlarını görüb, amma “bu o demək deyil ki, biz bu hadisələr barədə danışmalı deyilik, ya da uşaqlardan tankların və ölmüş insanların rəsmlərini çəkməyi istəməməliyik. Bu insanlar qurbandırlar, onlar bizim şəhidlərimizdir və onları yad etmək bizim borcumuzdur.”


Zorakılıq daha çox zorakılığa aparır




Elmi araşdırma


göstərir ki, zorakılığın şahidi olmuş uşaqlar, hətta birbaşa iştirakçı olmasalar belə, böyüklərin düşündüklərindən daha çox təsirə məruz qalırlar.


Science Daily


jurnalında 2011-ci ildə çap olunan araşdırmaya əsasən, uşaqlar nə qədər çox zorakılığın şahidi olurlarsa, zorakılıq onlara normal görsənməyə başlayır və nəticədə onlar daha zorakı olurlar.

Amerika Psixoloqlar Assosiasiyası


uşaqların TV-də zorakı materiallara baxmağının nəticələrini


araşdırmış və nəticəyə gəlmişdir ki, TV-də zorakılığa baxan uşaqlar əzablara daha az həssas olur və daha zorakı hərəkətlər etməyə meyli olurlar.


Beynəlxalq Təcrübə

Əsasən uşaqların travmalardan sağalması və Holokostun sağ qalanlar və yeni nəsillər üzərində olan psixoloji effektlərinin müalicəsi ilə məşğul olan Uşaqların Mütəşəkkil Təqibi barədə Beynəlxalq Araşdırma təşkilatında Kommunikasiya Direktoru vəzifəsində çalışan Jeanette Friedman çox şeyin uşaqların neçə yaşda olmasından asılı olduğunu deyir.

“Biz inanırıq ki, 13 yaşından kiçik uşaqlara bizim faciələrdən öyrəndiyimiz bütün insanların bərabər yarandığı, onların hamısının insan olduğu, bizim onlara və dünyada baş verən hadisələrə biganə olmamalı olduğumuz kimi dəyərlər tədris olunmalıdır. Biz onlara həm də tənqidi düşünməyi  tədris etməliyik. Faciələrə gəldikdə isə, bunlara orta məktəbdə hadisələrin tarixi tədris olunduğu zaman başlamaq lazımdır və belə dərslər daha sonra sağ qalanların şahid hekayələri ilə tamamlanmalıdır. Prosesdə kədəri inkar etmək, hirs və məna axtarışı kimi bir neçə mərhələ var, xüsusilə də əgər uşaqlar birbaşa faciənin qurbanlarının nəsillərindəndirlərsə,” – Friedman qeyd edir.

Kolorado ştatının Greenwood Village şəhərində uşaq psixoanalitiki işləyən və davranış və emosional problemləri olan uşaqların psixoanalizi üzrə ixtisaslaşan Dr. Shoshana Shapiro Adler qeyd edir ki, yaşdan əlavə, uşaqların “hadisələrə olan yaxınlığından (məsələn, bu uzaq tarixdə olan hadisədir, yoxsa onların bu gün yaxınlığında baş verən bir hadisədir) və onların valideynlərinin və ətrafdakı böyüklərin reaksiyalarından da çox şey asılıdır.”

O, məsləhət gördü ki, valideynlər və müəllimlər uşaqlara belə faciələr barədə danışmağın daha yaxşı yollarını öyrənmək üçün bu veb səhifələrə baxsınlar:


MayoClinic


,


PBS


and


FredRodgers


.

“Bundan əlavə, faciəvi tarixi hadisələr, xüsusilə də emosional təsirə malik olanlar barədə ətraflı məlumat verməyə gəlincə, məktəb proqramları uşaqlara daha çox erkən yeniyetmə, 13 və daha böyük yaşlarında tədris olunurlar,” – Adler qeyd edir.

Friedman faciəvi hadisələrin fərqli mərhələlərlə necə tədris olunması barədə danışır.

“Aşağı siniflərdə, tolerantlıq dəyərini Dumbo Fil kimi hekayələr, uşaqlara dinindən və milliyətindən asılı olmayaraq başqalarına hörmət etməyi təbliğ edən digər tərbiyəvi hekayələr vasitəsilə tədris etmək lazımdır. Siz onlara həm də tənqidi düşünməyi və hətta bəzən qorxulu və təhlükəli olsa da ədalətsizliyə qarşı danışmağın vacibliyini, eləcə də ətrafdakı dünya barədə məlumatlı olmağı tədris etməlisiniz. 8-ci sinfin ortalarında və daha yuxarı siniflərdə, siz hadisənin tarixi, siyasi və iqtisadi faktorları, hadisənin gedişatı və buna oxşar digər hadisələr barədə danışmağa başlaya bilərsiniz.”

O, bildirir ki, uşaqlar yuxarı siniflərdə hadisədən sağ qalan insanlar ilə görüşür və faciə barədə daha ətraflı öyrənirlər.


Ən vacib təhlükəsizlik və tolerantlıqdır

Virciniya ştatının Manassas şəhərində orta məktəb müəlliməsi işləyən və uşaqların beynəlxalq, milli və yerli faciələr barədə suallarına cavab verməkdə məktəbin vacib rol oynadığını deyən Catherine Stevens əlavə edir ki, media və xüsusilə də TV uşaqlara təsir edir.

“Bu yalnız uşaqlar deyil, bütün insanlardır. Məsələn, mən ilk dəfə TV-də yanan Ekiz Binaları (Twin Towers) görəndə, əsirdim və ağlayırdım. Əslən Nyu Yorkdan olan biri kimi mən o kadrları görəndə indi də göz yaşlarımı saxlaya bilmirəm. Daha çox emosional olan uşaqlar üçün bu daha travmatik ola bilər. Ona görə də biz ehtiyatlı olmalıyıq.”

2012-ci ildə American Mother Jones jurnalında çap olunan ”


Uşaqlara Nyutoun barədə necə danışmaq


” adlı məqalə TV-də faciəvi hadisələr barədə daha çox xəbərlərə baxan uşaqların özlərini daha həssas hiss etdiklərini deyən araşdırmaya istinad edib.

Steven qeyd edir ki, belə hadisələr zamanı uşaqların təhlükəsizlikdə olduqlarını və ətrafdakı böyüklərin onların qayğısına qalacaqlarını bilməsi çox vacibdir.

“Məsələn, 2012-ci ildə


Sandy Hook məktəbində baş verən atışmadan


sonra, mən və həmkarlarım uşaqlara qətllər barədə danışmağın əvəzinə onların təhlükəsizlikdə olduğunu və təhlükə olduğu halda nə etməli olduqlarını izah etməyə üstünlük verdik. Biz həm də uşaqları onlara bu yaşda lazım olmayan informasiya ilə yükləməyin əvəzinə, onlara sual vermək imkanı da yaratdıq,” – Steven bildirir.

Bakıda Sadıxova qeyd edir ki, uşağa 20 Yanvar kimi faciəvi hadisələr barədə danışanda başqa bir vacib məsələ də tolerantlığı  tədris etməkdir.

“Bizim ölkəmiz tolerantlıq barədə lovğalanmağı xoşlayır, bəlkə uşaqlara 20 Yanvar barədə danışanda biz həm də tolerantlıq barədə danışa bilərik. Məsələn, mən öz qızıma belə faciələrin bizə bütün insanlara hörmət etməyin və sülhün vacibliyini öyrətdiyini deyəcəm,”- o, əlavə edir.

Ana səhifəMənim FikrimcəUşaqlara Faciələr barədə Necə Danışırıq?