Ramana qəsəbəsindəki südçülük savxosu deyilən ərazidə sakinlər kanalizasiya sularının evlərinə dolmasından şikayətlənir. Onlar aidiyyatı qurumlara müraciət etsələr də heç bir nəticə verməməsindən narahatdırlar.
Sakinlər xəstəliyə tutulduqları deyir. Bu da azmış kimi əraziyə təcili tibbi yardım maşını da gəlmir. Şikayətçilərdən biri deyir ki, uşaqlar yıxılır kanalizasiya sularının içinə və günlərlə müalicə olunur.
Meydan TV Sabunçu rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Qurumdan bildiriblər ki, problemlə bağlı sualları qəsəbə nümayəndəsi Şamil müəllimə ünvanlamaq lazımdır. Lakin bir neçə gün ərzində edilən çoxsaylı zənglərə baxmayaraq, adıçəkilən şəxsi iş yerində tapmaq mümkün olmayıb.