Mənbə: Meydan TV

"Uşaq puluna görə İlham Əliyevə müraciət etdi, dəlixanaya saldılar"

"Uşaq puluna görə İlham Əliyevə müraciət etdi, dəlixanaya saldılar"

Sosial şəbəkələr vasitəsilə ölkə başçısı İlham Əliyevə videomüraciət ünvanlayan Aqil Hümbətov bir gün sonra işə gedərkən saxlanılıb. Xəzər Rayon Polis İdarəsindən ailəsinə onun Maştağa qəsəbəsində yerləşən 1 saylı Psixiatriya Xəstəxanasına aparıldığı deyilib.

Xəstəxanaya gələn yoldaşı Aygün Hümbətova onun nə üzünü görə bilib, nə də telefonla danışmaqlarına icazə verilib. Xəstəxanadan Aqil Hümbətovun qızdırmasının olduğu, virus təhlükəsizliyi ilə bağlı görüşlərə icazə verilmədiyi deyilib.

Aqil Hümbətov Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvüdür. O, 3 uşağı və yoldaşı ilə birlikdə Zirə kəndindəki yarımtikili evlərində yaşayır. Qazancını yollardan topladığı karton qutuları toplayıb satmaqla çıxarır.

Aqil Hümbətov daha əvvəl də sosial şəbəkələr vasitəsilə ölkə başçısına videomüraciətlər edib. Cəbhəçi fəal ötən ilin mart ayında polisin qanuni tələbinə tabe olmamaq iddiasıyla 30 sutkalıq həbs edilmişdi. O, bu hadisənin də İlham Əliyevə ünvanlandığı videomüraciətlərə görə baş verdiyini deyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/qtb17k

Ən çox baxılan