Məhkəmə Trampın USAID-in minlərlə əməkdaşını məzuniyyətə buraxmaq qərarını bloklayıb (Yenilənib)

USAİD, foto: Reuters

Qərar bir həftə ərzində, fevralın 14-ü gecə yarısına qədər qüvvədə olacaq

Məhkəmə hakimi prezident Donald Trampa ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) 2200 əməkdaşını ödənişli məzuniyyətə buraxılmasını müvəqqəti olaraq qadağan edib.

Hakim Çarlz Nikols agentliyi xilas etməyə çalışan iki həmkarlar ittifaqının son dəqiqə verdiyi iddiasına cavab olaraq müvəqqəti məhdudlaşdırma qərarı verib.

Qərar bir həftə ərzində, fevralın 14-ü gecə yarısına qədər qüvvədə olacaq.

ABŞ mediası xəbər verir ki, şənbə günü başqa bir federal hakim Elon Maskın Hökumətin Effektivliyi Departamentinə milyonlarla amerikalının şəxsi maliyyə məlumatları olan Maliyyə Departamentinə girişini qadağan edib.


Prezident Donald Trampın administrasiyası ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyində (USAID) dünya üzrə 10,000-dən çox işçidən yalnız 611-ni saxlamağı planlaşdırır.

“Reuters” yazır ki, Vaşinqtonun əsas humanitar yardım agentliyi respublikaçı Prezidentin vəzifəyə başlamasından bəri, Trampın yaxın müttəfiqi olan Elon Mask tərəfindən rəhbərlik edilən hökumətin yenidən təşkilatlanma proqramının hədəfinə çevrilib.

Agentlikdə yalnız 611 işçi saxlanılacaq; bunun içərisində Afrika şöbəsində yalnız 12, Asiya şöbəsində isə 8 işçi olacaq.

“Bu qəbuledilməzdir,” – deyə altı ildən çox müddət USAID rəhbəri vəzifəsində xidmət etmiş Brian Atvud bildirib və əlavə edib ki, kütləvi işdən azad etmələr dünyada on milyonlarla insanın həyatını qurtaran agentliyi effektiv şəkildə öldürəcək.

Administrasiya çərşənbə axşamı elan edmişdi ki, bütün birbaşa işə götürülən USAID işçiləri qlobal miqyasda məzuniyyətdə saxlanılacaq və xaricdə işləyən minlərlə əməkdaş geri çağırılacaq.

Ana səhifəXəbərlərMəhkəmə Trampın USAID-in minlərlə əməkdaşını məzuniyyətə buraxmaq qərarını bloklayıb (Yenilənib)