Mənbə: Meydan.TV

“Uşağım soruşur ki, ana, bəs bizə kim yemək alıb gətirəcək?”

“Uşağım soruşur ki, ana, bəs bizə kim yemək alıb gətirəcək?”

Xədicə Qurbanova: “"Elə olur ki, adi şirin çayla uşağımın qarnını doyuzdururam”

“Ev kirayəsi, borc... Bir dənə çörək almağa belə imkanımız yoxdur. Uşaqlarımı heç cür dolandıra bilmirəm. Elə olur ki, adi şirin çayla uşağımın qarnını doyuzdururam”.

Bu sözləri 2 uşağı ilə imkansızlıq və şəraitsizlik içində yaşayan Xədicə Qurbanova deyir.

Qadın deyir ki, karantin rejimi ilə bağlı 190 manatlıq yardımı ilk ay ala bilib. Sonra isə qeydiyyatda olduğu Ağstafa rayonunun karantin rejimində olmadığını əsas gətirərək, verməyiblər.

“Qonşu nəsə alıb gətirəndə, oğlum deyir ki, ana, bəs bizə kim yemək alıb gətirəcək? Mən də istəyirəm. Bu, mənə pis təsir edir”, - Xədicə Qurbanova deyir.

Onun sözlərinə görə, oğlunun 6 yaşı var, amma imkansızlıqdan onu məktəbə yazdıra bilmir.

Yaşadığı mənzil nəmişlikdir, siçovullar var. Dediyinə görə, hətta evin kirayəsini də ödəyə bilmir:

“Gecələr oyanıb tez-tez yoxlayıram ki, birdən siçovul uşağa nəsə edər, qorxuram”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/667twc

Ən çox baxılan