“Ünvansız söyüş”ə görə 25 sutkalıq həbs (VİDEO)

“Azadlıq” qəzetinin və “Azərbaycan saatı”-nın əməkdaşı Xalid Qarayevin Binəqədi rayon Məhkəməsində prosesi keçirilib. Məhkəmənin açıq olduğu elan edilsə də, nə jurnalistlər, nə də AXCP üzvləri məhkəmə zalına buraxılmayıb. Jurnalistin hüquqlarını vəkil Bəhruz Bayramov müdafiə edib.

X.Qarayevin vəkili Bəhruz Bayramov hadisə yerində kameralara baxış və Xalidin ruhi sağlamlıq vəziyyətinin yoxlanılması ilə bağlı iki vəsatət qaldırıb. Lakin məhkəmə vəsatətləri təmin etməyib. Məhkəmə Xalid Qarayevin sağlamlıq durumunun normal olduğunu və kameralara baxışa ehtiyac olmadığını deyib. Öz növbəsində Xalid Qarayev həbsinin siyasi və jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Prosesdə Adil Əliyev və Elnur Qasımov adlı şahidlər hal şahidliyi edərək Xalidin söyüş söydüyünü deyiblər. Elnur Qasımov birinci dəfədir hal şahidliyi etdiyi və cəmi bir dəfə 45 sutkalıq inzibatı cəza çəkdiyini etiraf edib. Lakin vəkillər onun narkotik işi ilə bağlı hal şahidliyi etdiyini deyiblər.

Vəkil Bəhruz Bayramov bildirib ki, Məhkəmə Xalid Qarayevə 25 sutka həbs cəzası verib. O, Binəqədi İnzibati Təcridxanasında saxlanılacaq. Bununla bağlı 10 gün müddətində Apelyasiya şikayəti veriləcək.

Ana səhifəVideo“Ünvansız söyüş”ə görə 25 sutkalıq həbs (VİDEO)