Mayın 20-də 2018/2019-cu tədris ilndə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahan keçirilib.
İmtahanlar 11 şəhərdə – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazın 62 binasında aparılıb. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanıb və 3 saat davam edib.
Bayırda durub övladlarını gözləyən valideynlərsə onlardan daha həyəcanlı görünürdü.
“Özünə demişəm ki, həyəcanlanma. Elə bil ki, evdə tapşırıq həll edirsən. Özünün xəbəri yoxdur ki, mən burada necə həyəcan keçirirəm”-övladı imtahanda olan Nəzakət Əlixanova deyir. “Məndən bahalı telefon istəyib. Demişəm, təki sən universitetə gir, alaram. Övlad üçün hər şey eləmək olar”-valideyn Muxtar Hüseynov danışır.
Mayın 13-də 2018/2019-cu tədris il üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin II və III ixtisas qrupları üzrə imtahanı keçirilmişdi.