Universitet rektoru: Tələbə ”çanta icad etmişəm” deməyib

Tələbə “Xəzər Xəbər” proqramını günahlandırır

Source:
Xəzər TV-də veriliş zamanı
Xəzər TV-də veriliş zamanı


Tələbə “Xəzər Xəbər” proqramını günahlandırır

“Dəfələrlə dedik ki, bunu ixtira kimi verməyin. Onlar da razılaşdılar, lakin ixtira kimi təqdim etdilər. Hazırda onlarla danışıqlar gedir”.

Bu sözləri “Xəzər xəbər” proqramı haqqında tələbə Nihad Quliyev deyir. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) start-up məktəbində çalışır.

“Xəzər TV”-də yayımlanan “Xəzər xəbər” buraxılışında N.Quliyevi satışda olan günəş panelli çantaların ixtiraçısı kimi təqdim ediblər. Bu isə sosial şəbəkələrdə narazılıqla qarşılanıb və tələbə qınanılıb.

N.Quliyev deyib ki, özü TV əməkdaşlarına çantanı ixtira etmədiyini söyləyib. Lakin “Xəzər Xəbər” yanlışlığa yol verib:

“Məsələ burasındadır ki, günəş panelli çantalar satışda var. Biz onun üzərinə bir neçə əlavələr etmişik. Bu, dördüncü hazırladığımız çantadır. Onlayn satışdakılar belə deyil”.

Məsələyə münasibət bildirən ADNSU-nun rektoru Mustafa Babanlı da N.Quliyevin yalan söyləmədiyini deyir:

“Mən sizi start-up-a dəvət edirəm, gəlin özünüz baxın. Uşaq hamısını sizə izah etsin. Heç kimin etmədiklərini etmişik. Biz bir yerdə bunların proqram təminatını tərtib etmişik. Yeriyən insanlardan da enerji yığıb saxlayırıq, əl hərəkətlərindən də. Çantanın özü hazır alınıb, içərini biz düzəltmişik. Jurnalistin səhvidir ki, bunu ixtira kimi yayıb. Biz kompleks qurmuşuq, jurnalist isə “çanta icad edib” kimi təqdim edib. İndi nəyisə icad etmək praktiki mümkün deyil, sən ancaq yaxşılaşdıra bilərsən”.

“Xəzər TV”-dən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Ana səhifəXəbərlərUniversitet rektoru: Tələbə ”çanta icad etmişəm” deməyib