UNCHR: Ukraynadan köç edənlərin 90 faizi qadınlar və uşaqlardır

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Foto: Richard Juilliart/shutterstock

Qaçqınların təxminən 2.83 milyonunun Polşaya getdiyi bildirilir

Fevralın 24-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən bu yana 5 milyondan çox ukraynalı ölkəsindən çıxmaq məcburiyyətində qalıb.

BMT-nin Qaçqın Agentliyinin (UNCHR) yaydığı məlumatda belə deyilir. Bildirilir ki, bu, İkinci Dünya Müharibəsindən bu yana Avropada yaşanan ən böyük qaçqın axınıdır.

UNCHR-in aprelin 20-də yaydığı məlumatda deyilir ki, ölkəsindən köç edən 5 milyon 34 mindən çox ukraynalının 90 faizi qadınlar və uşaqlardır.

Ölkəni daha çox qadın və uşaqların tərk etməsinin səbəbi Kiyev hakimiyyətinin hərbi xidmət yaşında kişilərin ölkədən çıxmasına qadağa qoymasıdır.

Daha öncə, aprelin 5-də BMT məlumat yayaraq bildirmişdi ki, Ukrayna daxilində 7.1 milyonadək insan müharibəyə görə evindən didərgin düşüb.

Qaçqınların təxminən 2.83 milyonunun Polşaya getdiyi bildirilir. İkinci üz tutulan ölkə Rumıniyadır. Bu ölkənin 757 mindən çox qaçqını qəbul etdiyi qeyd edilir.

Rusiyanın fevralın 24-də Ukraynaya qarşı hərbi müdaxiləyə başlayıb. Həmin vaxtdan bu yana ABŞ və Avropadakı müttəfiqləri Rusiyaya iqtisadi, maliyyə, diplomatik sanksiyalar tətbiq edib.

Ana səhifəDünyaUNCHR: Ukraynadan köç edənlərin 90 faizi qadınlar və uşaqlardır