Ümumrusiya Azərbaycan Konqresinin ləğvi barədə qərar qüvvədə qaldı

”Bakıda bəzilərinin ümidi puça çıxdı”

Source:


”Bakıda bəzilərinin ümidi puça çıxdı”

Sentyabrın 19-da Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Rusiya Ali Məhkəməsinin qərarından verdiyi apelyasiya şikayətinə baxılıb.

Ali Məhkəmənin Apelyasiya Kollegiyası ÜAK-ın apelyasiya şikayətini təmin etməyərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

ÜAK prezidenti Fazil Qurbanov qərardan Ali Məhkəmənin Rəyasət Heyətinə müraciət edəcəklərini bildirib (APA).

Bu il mayın 15-də Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyinin iddiası əsasında ÜAK-nin qeydiyyatının ləğvi barədə qərar çıxarıb.

ÜAK 2001-ci ildə yaradılıb.

Siyasi icmalçı Elxan Şahinoğlu “Facebook” səhifəsində məhkəmənin qərarını “Bakıda bəzilərinin ümidi puça çıxdı” kimi şərh edib.

E.Şahinoğlu xatırladıb ki, ötən həftənin sonunda Rusiya paytaxtında “Moskva-Bakı oxu – Qafqazın yeni geosiyasətinə doğru” adlı konfransda Ümumrusiya Azərbaycan Konqresinin ləğvinin doğru qərar olmadığı rusiyalı rəsmilərin və deputatların diqqətinə çatdırılmışdı. Həmin konfransda rusiyalı siyasətçilər və ekspertlər Azərbaycanın Rusiyanın orbiti ətrafında fəaliyyət göstərməsinin vacibliyinə eyham vurmuşdular.

“Konqresin qeydiyyatını ləğv edirlər və işğalçı Ermənistanı silahlandırırlar, sonra da konfransda bizimkilərə sual edirlər ki, ”niyə Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzv olmur?” Rusiyanın Azərbaycandakı ”5-ci kolon”un ölkədə daxili gərginliyi artırmaq və Qərblə münasibətlərə kölgə salmaq üçün eləmədiyi pislik qalmayıb, bircə “xozeyin”lərinə deyə bilmirlər ki, bəs axı sən də Azərbaycan-Rusiya münasibətlərini korlayırsan və beləcə bizim də ”işimizi” çətinləşdirirsən…”,-deyə siyasi icmalçı fikrini tamamlayıb.

Ana səhifəXəbərlərÜmumrusiya Azərbaycan Konqresinin ləğvi barədə qərar qüvvədə qaldı