Ümidə sığınanlar…(VİDEO)

Bu, Pərvanə xanımdır. Həyat yoldaşı həbs olunandan sonra yaşamağa yeri olmadığından bu sığınacaqda məskunlaşıb. Deyir, 4-5 aydır ki, oğlu ilə burda yaşayır. İş yerlərinə müraciət etsə də, hələlik bir xəbər almayıb.

Azərbaycan Uşaqlar Birliyinin sığınacağı 2010-cu ildən fəaliyyətdədir. Sığınacağa uşaqlar dövlət qurumları, polis idarələri tərəfindən yönləndirilirlər. Bura təkcə evsiz, sahibsiz uşaqların yox, gecələməyə yeri olmayanların da sığındığı tək yerdir.

Sığınacağın koordinatoru Dadaş Əhmədov deyir ki, “QHT-lər haqqında” qanuna dəyişiklik olunduqdan sonra maliyyə çətinlikləri ilə üzləşiblər. Dövlət orqanlarına müraciər etsələr də, heç bir dəstək almadıqlarını deyir.

Koordinator icarə haqqını, kommunal xərcləri ödəmək üçün lazım olan vəsaiti tapa bilməsələr buranı bağlamalı olacaqlarını söyləyir.  Dadaş Əhmədov deyir ki, narahatlıqları sığınacaq bağlanacağı təqdirdə burada məskunlaşan uşaqların sonrakı taleyi ilə bağlıdır. Çünki elə uşaqlar var ki, onların heç doğum haqqında şəhadənamələri belə yoxdur. Dövlət müəssisələri heç bir halda bu uşaqları qəbul etməyəcək.

Azərbaycan uşaqlar birliyinin sədri Kəmalə xanım deyir ki, xeyriyyəçi insanların, könüllülərin sayəsində bu gün sığınacağı ayaqda tutmağa çalışırlar. O, dövlətdən sığınacağın fəaliyyətini davam etdirmək üçün dəstək gözlədiklərini bildirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözcüsü Elman Babayev Meydan Tv-yə bildirib  ki, nazirlik tərəfindən qhtlərə maliyyə ayrılmır.

Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehli isə deyir ki, yalnız yazılı sorğu göndərilərsə, bu barədə danışa bilərlər. Sorğu göndərilib, nə zaman cavablandırdırılsa, işıqlandıracağıq.

Gülnarə xanımın oğlu kimi çox uşaqların pənah yeridir bu sığıncaq. Buranın bağlanması həm də onların ailəsiz, yuvasız qalmasıdır. Ona görə də ümidlə problemin həll olunacağı günü gözləyirlər.

Ana səhifəVideoÜmidə sığınanlar…(VİDEO)