”Ümid edirik ki, o göyərçinlər Kürdəxanının üstündən keçəcək”

Uşaqlar əllərində şar və göyərçinlə bayramlarını qeyd edirlər. Amma yanlarında ataları yoxdur. 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günündə D 18 hərəkatı siyasi səbəblərlə həbs olunan məhbusların uşaqlarını bir araya gətirib.

Siyasi məhbusların xanımları ümid edir ki, uşaqların uçurduqları şarlar və göyərçinlər atalarının olduğu həbsxananın üstündən keçəcək.

Hüquq müdafiəçiləri Azərbaycanda 100-dən artıq siyasi məhbusun olduğunu bildirirlər. Amma hökumət nümayəndələri ölkədə heç kimin siyasi səbəblərlə həbs olunmadığını deyirlər.

Ana səhifəVideo”Ümid edirik ki, o göyərçinlər Kürdəxanının üstündən keçəcək”