”Ümid edirəm ki, yeni ildə azadlıqda görüşəcəyik!”

22 dekabrda siyahi məhbuslar üçün kitab sovqatı kampaniyası keçirilib. Tədbiri Siyasi Məhbus siyahısı üzrə İşçi Qrup təşkil edib.

Tədbirin koordinatorlarından olan keçmiş siyasi məhbus İntiqam Əliyev həbsdəki məhbusun hisslərindən danışır: “Həbsdə sən qapalı bir yerdəsən və sənə elə gəlir ki, unudulmusan. Ona görə də ona gələn istənilən bir açıqca, məktub məhbus üçün dünyaya dəyər. Həbsdə məktub alanda, mənə güc gəlirdi. 7 il yarım həbsdə qalmağa hazır hiss edirdim özümü”.

“Biz özümüz həbsdə olarkən kitablar bizə yoldaşlıq edib, mənəvi dəstək olublar. Orada ortaq dəyərlərin olan adamlar olmayanda, o dəyərlərin barədə ünsiyyətini kitablara yükləyirsən. Adamın daima oxumağa kitabı olmalıdır”,- tədbirin koordinatoru Xədicə İsmayıl belə deyir.

Tədbirə gələnlər arasında məhbus yaxınları, ictimai-siyasi şəxslər və media nümayəndələri vardı. Onlar məhbuslara açıqcalar yazıb, hisslərini bölüşdülər. Tədbir boyu müxtəlif muqisilər səsləndirildi, gənclərin ifaları dinlənildi. Eyni zamanda Xədicə İsmayıl şeir söylədi. Aktyor İlqar Cahangirin moderatorluğu ilə müxtəlif mövzularda hazırlanan tamaşalar isə tədbirə daha da rəng qatdı.

Ana səhifəVideo”Ümid edirəm ki, yeni ildə azadlıqda görüşəcəyik!”