Ultimatuma rəğmən: Ermənistanın baş naziri istefa vermədi

Ermənistanda müxalifətin baş nazirə qarşı irəli sürdüyü ultimatumun vaxtı bitdi. 16 müxalifət partiyası 8 dekabr günortaya qədər Nikol Paşinyanın

Source: JAMnews

Məqalə

JAMnews

saytında dərc olunub.

Ermənistanda müxalifətin baş nazirə qarşı irəli sürdüyü ultimatumun vaxtı bitdi. 16 müxalifət partiyası 8 dekabr günortaya qədər Nikol Paşinyanın

Ermənistanda müxalifətin baş nazirə qarşı irəli sürdüyü ultimatumun vaxtı bitdi. 16 müxalifət partiyası 8 dekabr günortaya qədər Nikol Paşinyanın könüllü şəkildə istefaya getməsini tələb etmişdi. Əks halda onlar bütün ölkədə itaətsizlik aksiyalarına başlayacaqları, regionlarda və Yerevanda hərəkəti iflic edəcəkləri ilə hədələmişdilər.

Nazirlər Kabinetinin başçısı ultimatuma heç bir reaksiya verməyib və müxalifət vətəndaşları “qanun çərçivəsində itaətsizlik aksiyalarına başlamağa” çağırıb.

Polis müxalifət tərəfdarlarını ictimai asayişi pozacaq əməllərdən çəkinməyə çağırıb.


Müxalifətin atdığı addımlar

Dekabrın 8-də günorta EİF “Daşnaksütyun” partiyasının Ali orqanının nümayəndəsi İşxan Saqatelyan Facebook səhifəsində insanları bütün Ermənistan ərazisində itaətsizlik aksiyaları keçirməyə çağırıb:

“Bu məqamdan başlayaraq 17:00-a qədər Ermənistan vətəndaşları öz narazılığını və tələblərini hakimiyyətə çatdırmaq üçün dinc itaətsizlik aksiyaları keçirmək hüququna malikdir”.

Bununla yanaşı aksiya iştirakçılarını sırf qanun çərçivəsində hərəkət etməli və təxribata uymamalı olduqları haqda xəbərdarlıq edib.

Протестующие-перекрыли-дороги-в-Ереване.jpg
Протестующие перекрыли улицу в Ереване

İşxan Saqatelyan baş nazirə müraciıt edib:

“Sarsıntılarsız get. Heç olmasa bu dəfə xalqı, dövləti və dövlətçiliyi qoru. Sənin gedişin bizim xalqımız və dövlətimiz üçün həyati vacib məsələdir”.

Bu müraciətdən dərhal sonra Yerevanda itaətsizlik aksiyası iştirakçıları yolları bağlamağa başlayıblar. Etirazçılar 10 və daha çox nəfərlik bir neçə qrupa bölünüb.

Fəalların yolu kəsə bildiyi hər yolayrıcına bir neçə dəqiqədən sonra polislər gəlir və onları səkilərə doğru sıxışdırırdılar. Bəzi aksiya iştirakçıları saxlanılıb.

Полиция-задерживает-ачастников-акции-протеста-в-Ереване-JAMnews.jpg
Полиция задерживает участников акции протеста в Ереване

Metro stansiyalarından birində qatarların hərəkəti əngəllənib ki, bu da ümumilikdə metropolitenin fəaliyyətini iflic edib.

Ötən gün İşxan Saqatelyan Facebook səhifəsində yazmışdı ki, Nikol Paşinyanın vəzifədən getməsini və keçid hökumətin formalaşdırılmasını yalnız hüquqi yolla planlaşdırır.

Onun sözlərinə görə, Paşinyana ictimai dəstək yoxdur. Onun yanında lideri olduğu siyasi qüvvənin “bir qrup tərəddüd edən üzvq” qalıb.

Müxalifətçinin fikrincə, bu o deməkdir ki, toqquşmalar istisnadır – qarşı-qarşıya duran tərəflər sadəcə yoxdur.

Rally_Yerevan.jpg
Протестующие на главной площади столицы


Başqa kim baş nazirin istefasını tələb edir?

Dekabrın 8-də

bütün ermənilərin Kotalikosu II Qaregin

də Paşinyanın istefası tələbi ilə çıxış edib.

Ermənistan Apostol Kilsəsinin rəhbəri öz mesajında parlamenti iictimaiyyətin tələblərinə qulaq verməyə, yeni baş nazir seçməyə və milli barış hökuməti formalaşdırmağa çağırıb.

“Həyəcanlı hadisələrdən narahat olaraq biz baş nazir Nikol Paşinyanla da görüşdük. Cəmiyyətdə artmaqda olan gərginliklə, o cümlədən də baş nazirə ictimai etibarın aşağı səviyyədə olması ilə əlaqədar olaraq biz bir ata kimi onu sarsıntıların, mümkün toqquşmaların və faciəvi dönüşlərin qarşısını almaq naminə səlahiyyətlərindən əl çəkməyə çağırdıq”, – Katolikosun müraciətində deyilir.

Müxalifətin ultimatumunun müddətinin bitdiyi gün Paşinyanın vəzifədən getməsi və milli barış keçid hökumətinin formalaşdırılması ilə bağlı

Kilikiya Böyük Evinin Katalikosu I Aram

[Livan, Suriya, İran körfəzi ölkələri, Yunanıstan, ABŞ, Kanada və Kipr erməni yeparxiyalarının dini rəhbəri] da bildirib.

Daha əvvəl eyni çağırışla

Milli Elmlər Akademiyasının Rəyasət Heyəti

də çıxış edib.


Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan

Nikol Paşinyan hökumətinin istefasının vacibliyi haqda bildirib, amma “daxili toqquşmalar” nəticəsində yox, sırf konstitusion yolla.


Ermənistanın sərhədyanı Sünik vilayətinin icma rəhbərləri

baş nazir Nikol Paşinyanın və hazırkı hökumətin istefası tələbinin yer aldığı birgə bəyanatla çıxış ediblər:

“Biz Artsaxın böyük hissəsini itirmişik, minlərlə qurban, itkin düşən, həlli icmaların üzərində qalan iqtisadi və humanitar problemlər var. Hətta ən xırda məsələlər də dövlət səviyyəsində həll olunmur, çünki. Bütün dövlət aparatı fəaliyyətsizdir. Düşmən Sünikin qapısına çatıb. […] Yaranmış vəziyyətdə biz hər gün daha da əmin oluruq ki, hazırkı hakimiyyətlə bu təhlükələri neytrallaşdırmaq mümkün deyil”.

Ana səhifəSiyasətUltimatuma rəğmən: Ermənistanın baş naziri istefa vermədi