Co Bayden: “Ukraynalılar hər gün həyatları üçün mübarizə aparırlar”
ABŞ Prezidenti Co Bayden mayın 9-da Ukraynaya hərbi yardım göndərilməsi prosesini sürətləndirəcək qanun layihəsi imzalayıb.
O, bununla müharibəyə qarşı ölkələrini və demokratiyalarını müdafiə etmək üçün apardıqları mübarizədə Ukraynanı dəstəkləməyə davam edəcəyinə söz verib.
“Ukraynalılar hər gün həyatları üçün mübarizə aparırlar. Mübarizənin dəyəri ucuz deyil, lakin təcavüzə meyilli olmaq daha baha başa gəlir”, – deyə o bildirib.
Rusiya fevralın 24-də Ukraynaya hərbi müdaxiləyə başlayıb. Beləliklə, Rusiya-Ukrayna silahlı qüvvələri arasında müharibə başlayıb və 3 aya yaxındır ki, davam edir.
Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Co Baydenin imzaladığı qanun layihəsinə gəlincə, bu, Birləşmiş Ştatların İkinci Dünya müharibəsi zamanı – 1941-ci ildə müttəfiqlərinə kömək etmək üçün istifadə etdiyi qanun (“Lend-liz”) olub.
İndi isə Bayden həmin qanunu yenilənir.
Qanun layihəsi imzalandıqdan sonra ABŞ Rusiyanın davam edən müdaxiləsi zamanı Ukraynanı daha tez avadanlıq və digər təchizatlarla təmin edə biləcək.
Bu layihə Baydenin Ukrayna və digər Şərqi Avropa ölkələri ilə razılaşmaları sürətləndirmək səlahiyyətini artırır.
Prezident Co Bayden deyib ki, ukraynalılar ölkələrinin müstəqil qalmasını hər gün canları ilə ödəyirlər: “İmzaladığım qanun Kiyevdə hökumətə kömək etmək üçün başqa bir vasitə olacaq”.