MEGOGO-da eşitmə qüsurlu insanlar üçün minlərlə filmin olduğu, ayrıca bölmədən ibarət, işarə dili ilə fəaliyyət göstərən ayrıca studiya da var
Xidmətlərin qloballaşdırılması strategiyası çərçivəsində MEGOGO fəaliyyət göstərdiyi ölkələrdə öz mövqeyini möhkəmləndirməyi davam edir.
MEGOGO Azərbaycan və Gürcüstanda ofislərini açacaq.
Azərbaycan və Gürcüstanda video xidmətlərin inkişafı ilə məşğul olan yeni ofis onlayn kinoteatra biznes aktivliyini artırmaq və regionda istifadəçilərin sayını yüksəltməyə imkan verir.
Bakıdakı bu nümayəndəliyə bazarda İT və telekommunikasiya sahəsində 12 illik iş təcrübəsi olan Fərid Xəlilov rəhbərlik edəcək. O, əvvəllər də Azərbaycanın digər məşhur internet servisi olan Albiz-ə rəhbərlik etmiş, həmçinin ABC Telekom, Kp Media, Media point kimi şirkətlərdə işləmişdir.
Ofisin və birbaşa olaraq Fəridin əsas vəzifələri Azərbaycan və Gürcüstanda xidmətin inkişafına nail olmaq, yerli auditoriyanın artırılması, reklam satışı, tərəfdaşlıq əlaqələrinin yaradılması, film sənayesi və media oyunçular, istehsalçılar ilə əməkdaşlıq, texniki dəstək və s.dir.
Hazırda MEGOGO-nun Azərbaycan və Gürcüstanda aylıq auditoriyası 200 min istifadəçidən çoxdur. MEGOGO Keçmiş Sovet İttifaqının 15 ölkəsində uğurla həyata keçirilən ilk hüquqi video platformadır. 2011-ci ilin noyabrından fəaliyyət göstərir. 2012-ci ilin sonundan artıq bütün dünyada mövcuddur. Video xidmətin aylıq auditoriyası 23 mln. istifadəçidən, albomu isə 70 min videodan ibarətdir Bu videolara bədii və sənədli filmlər, cizgi filmləri, seriallar, Tv proqramları və şou-proqramlar, idman və mədəni verilişlərin transliyasiyası, xəbərlər, musiqi klipləri daxildir
Videoresurs mutliekranlıdır və iPod, iPhone, iPad kimi cihazlarda, Androidlərdə, LG, Sony, Samsung, Panasonic, Philips, Тоshiba televizorlarında Smart TV funksiyası ilə, Dune HD, Aura kimi media təqdimatlarda, Pocketbook rəqəmsal kitablarda və s.də istifadəsi mümkündür.
2014-cü ilin sonunda MEGOGO eyni adlı brend (MEGOGO) altında TV-məhsul buraxdı. Bu, web və mobil cihazlardan Smart TV-yə qədər bütün cihazların bir servisində mövcud olan telekanalların yeni online yayımıdır. Bugün MEGOGO TV xidmətində 100-dən çox milli və xarici televiziya kanalları mövcuddur. 13 interaktiv film kanalları daxil olmaqla.
MEGOGO müxtəlif filmlərə, mediaya, internet və mədəni-ictimai tədbirlərə tərəfdaş və mesenat qismində sosial layihələr üzərində də aktiv fəaliyyət göstərir, “Bax, necə də eşidilir” layihəsi çərçivəsində eşitmə qüsurlu insanların qayğısına qalır. Məsələn, MEGOGO-da eşitmə qüsurlu insanlar üçün minlərlə filmin olduğu, ayrıca bölmədən ibarət, işarə dili ilə fəaliyyət göstərən ayrıca studiya da var.