Ukraynanın Bakıdakı səfiri bəyanat verdi

Aleksandr Mişenko ərazi bütövlüyü pozulan dövlətləri təcavüz və terrora qarşı mübarizədə səyləri birləşdirməyə çağırır

Source:


Aleksandr Mişenko ərazi bütövlüyü pozulan dövlətləri təcavüz və terrora qarşı mübarizədə səyləri birləşdirməyə çağırır

Ukraynanın Azərbaycanda səfiri Aleksandr Mişenka Donbas vilayətinin Mariupol şəhərində dinc sakinlərin həlak olması ilə bağlı bəyanatla çıxış edib.

“Rusiyanın dəstəklədikləri terrorçuların şəhərin yaşayış rayonlarını kütləvi atəşə tutması nəticəsində 30-a qədər dinc sakin həlak olub. Daha 100 nəfərədən çox yaralanıb”

Mariupoldakı faciə Ukrayna və bütün dünya ictimaiyyəti üçün insanlığa qarşı məqsədli cinayət nümunəsi kimi Ukrayna və bütün dünya ictimiayyətini sarsıldıb.

“Təbii ki, Ukraynanın şərqində Rusiya dəstəklədiyi terrorçuların bu və bundan əvvəlki cinayətlərinə görə Haaqa tribunalı önündə cavab verəcəklər. Təbii ki, həm də “LNR/DNR” terror təşkilatları da Kremlin əlində təkcə Ukraynaya qarşı deyil, bütünlükdə sivil demokratik dünyaya qarşı putinçi təcavüzkar siyasətinin əlində alətdir”deyə daha sonra bəyanatda deyilir.

Daha sonra bəyanatda diqqət Rusiya rəhbərliyinin Donbasdakı duruma dair ”Ukraynada rus əsgərlərinin döyüşmədiyi, sadəcə qardaşukraynalılara kömək göstərmək üçün məzuniyyətlərini Ukraynda keçirmələri” “həıyasız”lığına çəkilir.

Bütün bunlar terrorçuların Ukraynanın şərqində törətdikləri cinayətlərdə iştirakını “zəif şəkildə ört-basdır  etmək” cəhdidir. “Amma bu gün heç kəsdə şübhə yoxdur ki, Rusiya postsovet məkanında təsirini saxlaya bilmək üçün kommunist və faşist dövlətlərinin totalitar-təcavüzkar siyasət metodlarından ilham alır”deyə səfirin bəyanatında qeyd olunur.

A.Mişenko bəyanatında Azərbaycan, Gürcüstan, Moldova, indisə Ukraynada baş verən dövlətlərin ərazi bütövlüyünün pozulması kimi səhvlərə yol verilməməsi üçün təcavüz və terrora qarşı mübarizədə bütün sivil birliyi səyləri birləşdirməyə çağırır.

Ana səhifəXəbərlərUkraynanın Bakıdakı səfiri bəyanat verdi