Ukraynalını nökərə çevirməkdə təqsirləndirilənlər bəraət aldı

Xarici vətəndaşın sənədləri əlindən alınıb, donuzlara baxmağa məcbur edilib

Source:
Məhkəmə


Xarici vətəndaşın sənədləri əlindən alınıb, donuzlara baxmağa məcbur edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində insan alveri və məcburi əməkdə təqsirləndirilən Namiq Cahangirov, Maqsud Əliyevin, Ataməli Əliyev və Ədalət Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Meydan TV-nin məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, N. Cahangirov barəsində bəraət hökmü çıxarılıb. M.Əliyevə də bəraət verilib.

İstintaq materiallarına görə, xarici vətəndaşın əməyinin istismar olunması faktı 2016-cı ilin aprelində Azərbaycan Daxili İşlər Nazirliyinin İnsan Alveri ilə Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində aşkara çıxarılıb.

Bildirilir ki, 17 il əvvəl Azərbaycana gəlmiş Ukrayna vətəndaşı Viktor Qoroşenko Abşeron rayonu, Bilgəh qəsəbəsindəki “Lahıc bağları” massivi ərazisində yerləşən xüsusi fermer təsərrüfatında tapılıb. Polislər onu taparkən, bərbad vəziyyətdə olub. O, danışa, baş verənləri ifadə edə bilməyib və dəhşətli dərəcədə üfunət iyi verirmiş. Onun müalicəyə ehtiyacı var imiş.

Cinayət işinin materiallarına əsasən, kişi mütəmadi olaraq işləmək üçün Azərbaycana gəlirmiş. 1999-cu ildə onunla ailəsi arasında əlaqə kəsilib. Onu kirayələyən şəxslər ukraynalının sənədlərini, şəxsiyyət vəsiqəsini əlindən alıblar, özünü pis qidalandırıblar, tez-tez döyüblər və fermada heyvanlara (donuzlara) baxmağa məcbur ediblər.

Qışda kişi soyuq su ilə çimməyə vadar edilib. Beləliklə, xarici vətəndaş nökərə çevrilib. Asılı vəziyyətindən istifadə edən sahibkarlar, onu istismar etmək üçün əldən-ələ veriblər.

2012-ci ildə Ukraynada onu xəbərsiz itkin düşmüş hesab ediblər və qeydiyyatdan çıxarıblar. Zərərçəkmişin yaxınlarını tapmaq mümkün olmayıb.

Ana səhifəXəbərlərUkraynalını nökərə çevirməkdə təqsirləndirilənlər bəraət aldı