Bu həftə ABŞ və Ukrayna İsveçrədə sülh planı danışıqlarını davam etdiriblər. “Danışıqlar konstruktiv, məqsədyönlü, hörmət əsasında aparılıb, ədalətli və davamlı sülhə ortaq öhdəliyi əks etdirib”, – Ağ evin Ukrayna ilə birgə bəyanatında deyilir. Amma Rusiyanın bu şərtləri qəbul edib etməməsi sual doğurur. Əvvəlki 28 bəndlik plan Rusiyanı müharibədən daha güclü çıxardırdı. Bəs Ukrayna müharibəsindən güclü çıxan Rusiya Cənubi Qafqaz üçün baş ağrısına çevriləcəkmi? “Azərbaycana yox, amma Ermənistana müdaxilə edə bilər. Hakimiyyət dəyişikliyinə nail olarsa, Azərbaycan-Ermənistan sülh danışıqları pozula da bilər”