1097 nəfərdən çox uşağın isə yaralandığı açıqlanıb
Rusiyanın 2022-ci ildən indiyədək Ukraynada apardığı hərbi əməliyyatlar nəticəsində 502 uşağın həlak olduğu bildirilir.
Bu haqda məlumat Ukrayna Baş Prokurorluğunun rəsmi “Telegram” kanalında yerləşdirilib.
Qeyd olunur ki, müharibə başlayandan 2023-cü il avqustun 14-nə olan məlumata görə, 1097-dən çox uşaq yaralanıb.
Baş Prokurorluğun məlumatında qeyd olunub ki, bu rəqəmlər yekun deyil.
Çünki müvəqqəti işğal altında olan və yeni azad edilmiş ərazilərdəki itkilər barədə məlumatlar toplanmaqdadır.
Məlumata görə, uşaqlar ən çox Donetskdə – 485, Xarkovda – 298, Kiyevdə – 129, Xersonda – 120, Zaporojyedə – 99, Nikolayevdə – 97, Dnepropetrovskdə – 94, Luxan71 vilayətində – 67 nəfər xəsarət alıb.
Qeyd olunub ki, avqustun 13-də Xersonun Şirokaya Balka kəndinə Rusiya qüvvələrinin endirdiyi raket zərbəsi nəticəsində bir aylıq körpə və 11 yaşlı uşaq həlak olub.
Birləşmiş Millətlər Təşkilatının 2023-cü il iyulun 18-nə olan məlumatına görə, Ukraynada 2022-ci ilin fevralın 24-dən bəri davam edən münaqişə nəticəsində 9287 mülki şəxs həlak olub, 16384 nəfər isə yaralanıb.