Ukraynada həbs edilən jurnalist sərbəst buraxılıb

Məhkəmə Fikrət Hüseynlinin ekstradisiyasını qadağan edən qərar qəbul edib

Source:


Məhkəmə Fikrət Hüseynlinin ekstradisiyasını qadağan edən qərar qəbul edib

Kiyevin Lukyanovski Rayon Məhkəməsi oktyabrın 27-də azərbaycanlı jurnalist Fikrət Hüseynlinin məhkəmə zalından azadlığa buraxılması qərarını verib.

Bu barədə jurnalistin dostları sosial mediada yazıblar.

Məhkəmə Fikrət Hüseynlinin ekstradisiyasını qadağan edən qərar da qəbul edib.

Prosesdə Ukrayna Ali Radasının deputatları və hüquq müdafiəçiləri də iştirak edib.

Fikrət Hüseynli oktyabrın 14-də Kiyevdən Düsseldorfa gedərkən Azərbaycanın sorğusu əsasında saxlanılıb. O, dələduzluq və sərhəddi qanunsuz keçməkdə ittiham olunur.

Oktyabrın 17-də məhkəmə onun barəsində 18 sutka həbs-qətimkan tədbiri seçib. Jurnalist ittihamı qəbul etməyib.

Fikrət Hüseynli 2008-ci ildə Azərbaycandan Niderlanda mühacirət edib. Əvvəlcə siyasi sığınacaq, sonra isə vətəndaşlıq alıb.

Ana səhifəXəbərlərUkraynada həbs edilən jurnalist sərbəst buraxılıb