Ukraynada azərbaycanlı hüquq müdafiəçilərinə dəstək aksiyası keçirilib

Norveç “İnsan Hüquqları Evi” Fondu Azərbaycanın Kiyevdəki səfirliyinin qarşısında etiraz aksiyası təşkil edib

Source:


Norveç “İnsan Hüquqları Evi” Fondu Azərbaycanın Kiyevdəki səfirliyinin qarşısında etiraz aksiyası təşkil edib

Noyabrın 26-da Ukraynanın Çerniqov şəhərində Norveç “İnsan Hüquqları Evi” Fondunun nümayəndəliyinin açılışı zamanı azərbaycanlı hüquq müdafiəçiləri ilə həmrəylik aksiyası keçirilib.

Zalda İntiqam Əliyev, Rəsul Cəfərov, Anar Məmmədli və Leyla Yunusun fotoları təsvir edilmiş futbolkalar asılıb.

Bundan əlavə, Naxçıvanda insan hüquqlarının pozulmasına həsr olunan stenddə yerli hüquq müdafiəçisi Məlahət Nəsibovanın fotosu təsvir edilib.

Noyabrın 27-də isə Norveç “İnsan Hüquqları Evi” Fondu Azərbaycanın Kiyevdəki səfirliyinin qarşısında etiraz aksiyası keçirib. İştirakçılar azərbaycanlı hüquq müdafiəçilərinin portretlərini qaldırıblar, siyasi məhbusların təsvirləri olar futbolkalar geyiniblər.

Azərbaycanda “İnsan Hüquqları Evi” 2009-cu ildə açılıb. Lakin iki ildən sonra hakimiyyət ofisi bağlayaraq qurumun qeydiyyatını ləğv edib.

Ana səhifəXəbərlərUkraynada azərbaycanlı hüquq müdafiəçilərinə dəstək aksiyası keçirilib