Ukrayna vətəndaşları Avropa Birliyinə vizasız girəcəklər

Ukrayna ilə Aİ arasında vizasız rejim qərarı payızda qəbul ediləcək

Source:


Ukrayna ilə Aİ arasında vizasız rejim qərarı payızda qəbul ediləcək

Ukrayna və Avropa İttifaqı (Aİ) arasında vizasız rejimə dair qərar payızda qəbul ediləcək. Trend “İnterfax”-a istinadən xəbər verir ki, bu barədə Aİ-nın Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissarı Yohanes Han bəyan edib.

O əlavə edib ki, belə bir qərar oktyabr ayında müzakirə edilərək qəbul oluna bilər.

Y.Han əmin olduğunu bildirb ki, oktyabr ayına qədər Aİ Ukrayna ilə viza rejiminin liberallaşdırılması haqqında qərara gələcək.

Daha əvvəl Avropa Parlamentinin Xarici Məsələlər üzrə Komitəsi Aİ-nın Ukrayna, Kosovo və Gürcüstanla vizasız rejiminin tətbiqinə dair qərarı bəyənib.

Ana səhifəXəbərlərUkrayna vətəndaşları Avropa Birliyinə vizasız girəcəklər