Səbəb kimi onun sənədlərinin qaydasında olmaması göstərilib
Ukrayna prezidenti Petro Poroşenko Odessanın eks-qubernatorunun vətəndaşlığını ləğv edib.
Məlumatı Ukraynanın Miqrasiya Xidməti yayıb. Bildirilir ki, Mixayıl Saakaşvilinin vətəndaşlığının ləğv edilməsinə səbəb onun 2015-ci ildə vətəndaşlığa müraciət etdiyi zaman məlumatları yalnış daxil etməsidir.
Saakaşvilinin Gürcüstan vətəndaşlığı 2015-ci ildə ləğv edilmişdi. Hazırda Gürcüstanda onun barəsində cinayət işi var.
Saakaşvilin prezidentliyi dövründə dövlət vəsaitini dağıtması, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ittihamları ilə indi ona qarşı Gürcüstanda cinayət işi açılıb. Saakaşvili bu ittihamları siyasi motivli adlandırır.
Saakaşvili 2016-cı ilin noyabrında Odessa qubernatorluğundan istefa verəndə prezident Poroşenkonu açıq ittiham etdi ki, Kiyevdəki mərkəzi hakimiyyət islahatları sabotaj edir.