Ukrayna rusiyalı jurnalistləri sərhəddən qaytarıb

Onların 3 il ərzində Ukraynaya daxil olmaları yasaqlanıb

Source:


Onların 3 il ərzində Ukraynaya daxil olmaları yasaqlanıb

Mayın 7-də Kiyevə “Eurovision” mahnı müsabiqəsini işıqlandırmağa gedən iki jurnalist ölkəyə buraxılmayıb.

Məlumatı Rusiya KİV-ləri yazıb. Bildirilir ki, “Komsomolskaya Pravda” qəzetinin müxbirlərinin akkreditasiyası da varmış. Amma sərhəddə saxlanaraq geri qaytarılıblar. Onlara 3 il ərzində Ukraynaya daxil olmağın yasaqlandığını söyləyiblər.

Bunu sərhəd xidmətinin sözçüsü Oleh Slobodyan deyib.

Apreldə Ukrayna Rusiyanın müsabiqəyə göndərdiyi Yulia Samoilovaya da qadağa qoyub. Onun 2015-ci ildə Krımda çıxış etməklə Ukrayna qanunvericiliyini pozduğunu bildirilib.

Rusiya 2014-cü ildə Krım yarımadasını qanunsuz ilhaq edib. Ukraynanın şərqində rusiyapərəst separatçılarla münaqişədə, azı, 9 min 940 nəfər həlak olub, 2 milyon nəfər köçkünə çevrilib.

Ana səhifəXəbərlərUkrayna rusiyalı jurnalistləri sərhəddən qaytarıb