Ukrayna necə surroqat analığın mərkəzinə çevrildi?

Source:
Surroqat ana Yelizaveta Poqudina “Hromadskoe” ilə müsahibədə, 22 iyun 2018. Foto: Hromadskoe
Surroqat ana Yelizaveta Poqudina “Hromadskoe” ilə müsahibədə, 22 iyun 2018. Foto: Hromadskoe

Material

Hromadskoe

saytında dərc olunub.

Ukraynada analoji xidmətlər 11 mindən 13 min dollara qədərdir


Dmitriy Belobrov

Yelizaveta Poqudina həyat yoldaşı və balaca qızı ilə Xarkov yaxınlığında yaşayır. Onun 24 yaşı var. Apreldə bir qız dünyaya gətirib və İspaniyada yaşayan uşaqsız ailəyə verib.

Yelizaveta – surroqat anadır. Onun həyat yoldaşı ilə birgə bir miqdar qənaətləri vardı, lakin həmişə şəxsi evə sahib olmaq arzuları olsa da, qənaətləri kifayət qədər olmayıb. Yelizaveta birdəfəlik böyük ödəniş almaq üçün surroqat ana olmaq qərarına gəlib. Dediyinə görə, dərhal olmasa da, ailəsi onu dəstəkləyib.

Ukraynada analoji xidmətlər 11 mindən 13 min dollara qədərdir. Bununla yanaşı, hüquqi və tibbi yardım üçün xüsusi qurumlar və klinikaların da xərcləri var. Yelizaveta sonda aldığı məbləği demir, ancaq ailə büdcəsinə çox yaxşı kömək olduğunu vurğulayır. Bununla belə, özü bu proqrama bayağı bir qazanc üçün yox, ehtiyacı olan insanlara yardım üçün qoşulduğunu düşünür.

“Mənim anlayışımda, bu, qarşılıqlı yardım idi. Mən insanlara kömək etdim, onlar mənə kömək etdi. Əslində – bəli, istədiklərimizi etdik. Ev sahibi olduq”, – Yelizaveta deyir.

Ukraynada surroqat analıqla bağlı nə baş verir və bu xidmətlərin bazarının sürətlə inkişaf etməsinin səbəbi nədir – “Hromadskoe” araşdırıb

Surroqat analıq sahəsi qanun çərçivəsində necə tənzimlənir?

Ukrayna surroqat analıq üçün dost ölkələrdən biri hesab olunur. Dünyanın əksər ölkələrində bu prosedur hüquqi və etik standartlara görə qadağandır.

Ticari surroqat analıq Gürcüstan, Qazaxıstan, Kamboca, Rusiya, ABŞ-ın bəzi ştatlarında (Kaliforniya, Oregon, Illinois) leqaldır. Bir çox Avropa ölkəsində “altruist” surroqat analığa icazə verilir.

“Avropada ticari surroqat analıq (icazə verilən — red.) olan ölkə yoxdur. Ukrayna bunu təklif edə bilən dövlətlərdən biridir. İkinci növ – altruist analıq, burada surroqat ana üçün pul mükafatı verilmir. Buna Avropanın bir çox ölkəsində icazə verilir”, – Sergey Antonov, İRTSA agentliyinin hüquqşünası belə deyir.

Ukraynada da surroqat analıq kimi bir sahənin tammiqyaslı tənzimlənməsi yoxdur, amma qanunla qadağan edilmir.

“Belə ki, bu cür proqramlara icazə verən qanunvericilik aktlarına düzəliş olunsa da, orada hansı fəaliyyətin nəzərdə tutulduğuna dair heç bir tərif yoxdur. Oxşar bir bazar var – mənzilin icarəyə verilməsi. Şəxslər arasında bağlanmış müqavilələrin qeydiyyatı ilə məşğul olan, özləri isə qeydiyyatdan keçməyən bir çox əmlakçı var. Ukraynada isə surroqat analıq bazarında eyni şey baş verir”, – Antonov belə hesab edir.

Agentliklər və klinikalar Ukrayna Ailə Məcəlləsinin müəyyən müddəalarına əsasən, Ukraynanın Ədliyyə Nazirliyinin 18.10.2000-ci il tarixli 52/5 saylı Sərəncamı ilə təsdiq edilmiş Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı Qaydaları, həmçinin “Ukraynada yardımçı  reproduktiv texnologiyaların tətbiqinin təsdiqlənməsi” ilə bağlı Ukrayna Səhiyyə Nazirliyinin 787 saylı qərarına əsasən öz xidmətlərini təklif edirlər. Bu sənədə görə, infertil (sonsuz) hesab edilən evli cütlüklər reproduktiv tibbi yardımla bağlı müraciət edə bilərlər. Həm Ukrayna vətəndaşları, həm də xaricilər ola bilər, məcburi şərt isə – rəsmi nikahda olan bir kişi və qadın olamalıdır.

“Surroqat analıq proqramı üçün nikah statusuna və sonsuzluq haqqında tibbi hesabata aid bir sıra məhdudiyyətlər mövcuddur. Digər ölkələrdə bunlar daha sadədir. Xüsusilə, Çexiya və ABŞ-da. Orada yalnız uşaq arzulamaq kifayətdir,  tibbi müayinələrsiz və evli olmayan yalnız insanlar belə bu xidmətdən istifadə edə bilər”, – Serqey Antonov deyir.

Ukrayna necə surroqat analığın paytaxtına çevrildi?

Ukrayna və Nyu-York Elmlər Akademiyasının akademiki, Ukraynadakı reproduktiv tibbin ən məşhur həkimlərindən biri olan Fedor Daxnonun sözlərinə görə, dünyadakı surroqat analıq təcrübəsinin davamlı olduğu bir neçə ölkə var:

“Dünyanın 13 və ya 15 ölkəsində surroqat analığa icazə verilir. Çində çox geniş istifadə olunur. İspaniyada geniş istifadə olunur. İtaliya, Almaniya, İsveç, Norveçdə qadağandır”.

Əvvəllər Tayland və Hindistan ticarət surroqat analıq üçün ən böyük bazarlarından idi, lakin indi bu bazarlar bağlıdır.

O zamandan bəri infertil cütlüklər Ukraynaya gəlməyə başladı. Bir çox xarici ekspert deyir ki, Ukrayna bazarına tələbat “1000%” artıb.

Bu gün ölkə surroqat analıq paytaxtı adlanır. Bunun bir neçə səbəbi var.

Kiyevdə yerləşən reproduktiv tibb klinikası Reprolife-in reproduktoloq həkimi Roman Litvinenko deyir ki, Ukraynada bu xidmətlər çox layiqli səviyyədə saxlanılır:

Bu gün üçün (…) reproduktiv tibbin vəziyyəti əhəmiyyətli dərəcədə inkişaf edib və kifayət qədər yüksək səviyyədədir.

Ukraynanın Tibb Turizmi Assosiasiyasının məlumatlarına görə, xarici vətəndaşlar arasında reproduktiv texnologiyalar Ukraynada ən çox tələbat görən üç tibbi xidmət içərisindədir (oftalmologiya və stomatologiyadan sonra).

“Reprofile” klinikasının reproduktoloqu Roman Litvinenko “Hromadskoe” ilə müsahibədə, 16 iyun 2018. Foto: “Hromadskoe”

Antonovun sözlərinə görə, surroqat analıq bazarında Ukrayna keçmiş Sovet İttifaqı ölkələri arasında Gürcüstan və Qazaxıstanla rəqabət aparır. Proqrama qatılmaq istəyənlərin əksəriyyəti xaricilərdir, axı onlar üçün 30 min dollar kifayət qədər sərfəli məbləğdir. Ukrayna vətəndaşlarından fərqli olaraq.

Ukraynada bütün xidmətlərin orta qiyməti 30 min dollardır. Əlavə də təxminən aylıq 300 ABŞ dolları. Əsas xarici müştərilər ABŞ, İsrail və Çindir.

Eyni zamanda Ukraynada genetik olaraq başqasının uşağını daşıyan ana üçün orta ödəniş (doğumdan sonra birdəfəlik ödəmə) bütün hesablamalara görə çox təvazökardır.

“Bu gün üçün uşaq doğulduqdan sonra surroqat anaya ödənilən məbləğ 11.500 ABŞ dollarından 13.000 ABŞ dollarına qədərdir. Avropada olduğu qədər çox deyil. Amerikada isə 100 min dollar – və bu yalnız başlanğıc qiymətdir”, – psixoloq, Reproduktiv Perinatal Psixologiya və Psixosomatika İnstitutunun təsisçisi Antonina Nakoneçnaya deyir.

“Yalnız altruist (surroqat analıq – ed) mümkün olan ölkələrdə ehtimal edilir ki, ya heç bir kompensasiya və tibbi xidmətlərin ödənilməsi yoxdur və ya müəyyən bir məbləğdən artıq olmayan kompensasiya mövcuddur. Məsələn, İngiltərədə 29 min funtdan (38 min dollar) artıq deyil”, – Sergey Antonov deyir.

Ukraynada nə qədər surroqat ana var. Qadın və valideynlər arasında vasitəçi olan, hamiləliyi müşayiət edən şəxslərin davranışları haqqında heç bir məlumat yoxdur. Ukrayna Səhiyyə Nazirliyi “Hromadskoe”-nin statistika və surroqat analıq haqqında digər məlumatlarla bağlı rəsmi sorğusuna cavab verməyib.

Ancaq bu xidmətlərin bazarı il ötdükcə genişləməkdədir – bunu “Hromadskoe”-nin bütün müsahibləri və belə müqavilələrin birbaşa iştirakçıları deyirlər.

Kim surroqat ana ola bilıər?

Ukraynada surroqat analıq xidmətləri xüsusi agentliklər tərəfindən təklif olunur. Onları tapmaq asandır – yalnızca axtarış bölməsinə müvafiq sorğunu daxil edin. İkidilli saytlar var, ukraynaca və rusca, ingiliscə məlumat verənlər də var. Müştərilərin əksəriyyəti Ukraynaya xaricdən gəlir, valideynlər arasında ukraynalılar çox deyil, bu da daxili bazar üçün belə xidmətlərin xərcinin böyük olduğunu göstərir.

Qadın proqramda iştirakı ilə bağlı isə – namizəd əvvəlcə anket formasını doldurmalıdır, bununla da öz iştirakına razılıq verməlidir. Əsas şərt – ən azı bir uşağa sahib olması və 35 yaşdan böyük olmamasıdır.

Bundan sonra işə hüquqşünalar daxil olurlar.

“Surroqat ana potensial valideynlərlə surroqat analıq müqaviləsinə imza atır. O, öz hüquq və vəzifələri haqqında bilməlidir”, – İRTSA hüquq bürosunun hüquqşünası, yardımçı reproduktiv texnologiyalarla bağlı Ukraynada ilk xidmət təklif edən hüquqçünaslardan olan Sergey Antonov belə deyir.

Antonovun sözlərinə görə, müqavilə çoxlu nüansları nəzərə alır – ərin razılığından tutmuş (əgər namizəd evlidirsə) hamiləlik dövründə intim məhdudlaşdırmaya qədər.

“Çünki (bir qayda olaraq) hamiləlik dövrünün sonlarınacan surroqat analar öz ailələri ilə qalır”, – hüquqşünas izah edir.

Hüquqi məsələlər həll edildikdə hazırlıq müddəti və tibbi müayinələr başlayır.

Reproduktiv Tibb Klinikasının reproduktoloq həkimi, professor Daxno Andrei Serbin deyir ki, əgər bütün göstəricilər normaldırsa, embrionlar surroqat ananın uterus boşluğuna yerləşdirilir.

Surroqat hamiləliyinin patronajı adi hamiləlikdən daha ciddidir, çünki bu vəziyyətdə qadın genetik olaraq yad bir uşaq daşıyır. Agentlik həmçinin müqavilənin şərtlərinin yerinə yetirilməsini də izləyir: məsələn, daşıyıcı qadın spirt içməsin və siqaret çəkməsin. Bu pozuntular qadının verdiyi analizlər nəticəsində müəyyən edilə bilər.

“Başlanğıcda, seçərkən dərhal düzgün davranmayacağını, spirtli içki içəcək, siqaret çəkəcəyini düşündüyümüz namizədləri dərhal uzaqlaşdırmağa çalışırıq. Bu, hamiləlik dövrü üçün istisnadır. Əvvəlcədən xəbərdarlıq edirik və bildiyim qədər (pozuntu halında) çox yüksək cərimələr nəzərdə tutulur”, – Andrey Serbin deyir.

Uşağı valideynlərə verilməsi necə baş verir?

Hamiləliyin son mərhələlərində, bir qayda olaraq, ana öz evindən uşağın genetik valideynlərinin evinə (ya da kirayə olunan yaşayış yerinə) köçür və orada son aylarını keçirir.

Reproduktiv Tibb Klinikasının nümayəndəsi, professor Daxno Aleksey Trequb uşağın bioloji valideynlərə ötürülməsi prosesini təsvir edir: surroqat analıq proqramı nəticəsində doğulmuş uşağın qeydiyyatı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydasında həyata keçirilir.

Bunun üçün uşağın doğum haqqında şəhadətnaməsini almağa lazım olan sənədlər hazırlanır: evli cütlüyün pasportları, nikah haqqında şəhadətnamə, müvafiq ərizələr, uşağın valideynləri olaraq qeyd olunmaq üçün surroqat ananın cütlüyə icazə verən yazılı razılığı. Notarial qaydada təsdiq olunan imza. Və tibb müəssisəsindən – valideynlərin və gələcək uşaqlarının genetik əlaqələrinə dair sertifikat.

Bir digər vacib nüans: bir çox ölkənin qanunvericiliyindən fərqli olaraq, Ukraynada yaşayan surroqat ana uşağı bioloji valideynlərə verməkdən imtina edə bilməz (bu seçim Rusiyada, məsələn, təmin edilir).

“Ukraynada, hətta xüsusi razılıq mətni imzalamaq istəmədiyi halda belə, surroqat ana qanunla imtina etmək hüququna malik deyil. Deməli, o, məcbur edilə bilər. Müqavilədə müəyyən sanksiyalar nəzərdə tutulubsa, müvafiq olaraq, o, məsuliyyətə cəlb oluna bilər”, – Sergey Antonov deyir.

Antonina Nakoneçnaya deyir ki, bəzi hallarda valideynlər uşağı dünyaya gətirən ananı uşağın dayəsi olaraq işə götürürlər. Lakin o, hesab edir,  surroqat ana və uşaq arasında təmas olmasa, daha yaxşıdır.

“Surroqatın ananın doğuşdan sonra uşaqla təmasda olmadığı zaman həqiqətən yaxşı olur. Analıq instinktini heç kim ləğv etməyib. (…) Bir qadın uşaq doğduqda hər bir halda analıq instiktləri işə daxil olur. Xüsusilə də əgər uşağın doğum kanallarından keçdiyi fizioloji doğumdan bəhs ediriksə”, – Nakoneçnaya deyir.

Ümumiyyətlə, uşaq doğumdan dərhal sonra valideynlərə verilir. Lakin istisnalar da olur.

Surroqat ana olmuş, “Hromadskoe”-nin başqa bir müsahibi adını verməməyi və üzünü göstərməməyi xahiş edir. Buna görə də, ona Mariya deyəcəyik.

Mariyanın artıq bir uşağı var idi, həyat yoldaşından boşanmışdı. Proqramda iştirak etmək fikrini necə aldığını izah etdi:

“Surroqat ananın olduğu bir film izlədim. Maraqlı gəldi. Çətin vəziyyətdə idim. Buna görə də internetə girdim ki, baxım görüm bu nədir belə. (…) Və saytda qeydiyyatdan keçdim, namizədliyimi təklif etdim. Növbəti gün zəng etdilər və klinikaya getməyi təklif etdilər”, – Mariya danışır.

Əvvəlcə o, aldadılacağında və ya pis rəftara məruz qalacağından narahat olub:

“Qorxurdum ki, necə baş verəcək, necə doğacam, öhdəsindən gələ biləcəm görəsən bütün bunların”, – Mariya etiraf edir, amma klinikaya gedəndən sonra proqrama qatılmaqdan imtina etməmək qərarına gəlib.

O, bu barədə valideynlərinə deməyib: “Uşaq da balacadır, başa düşmür. Hər şeyin gizli qalmasını istədim ki, heç kim bilməsin. Müddət hələ az olanda valideynlərimin yanında gedirdim. Çox olanda artıq Kiyevdə idim”, – o xatırlayır.

Adətən doğulduqdan sonra dərhal uşaq anadan alınır, lakin Mariyada fərqli situasiya olub: erkən doğum başlayıb və valideynləri uşağın dünyaya gəlişinə özlərini çatdıra bilməyiblər.

“Hətta körpəyə döşümdən süd vermək məcburiyyətində qaldım, – o, danışır. – Onunla birgə bir ay qaldım. Onlar (valideynlər) yanında olmağımı, kömək etməyimi istədilər.

Maria deyir ki, ilk dəfə körpəni görəndə başa düşüb ki, bu, onun körpəsi deyil: “İlk hamiləliyim fərqli idi. İlk uşaq mənə oxşayırdı, onu görüb demişdim ki, bu mənimdir. Bu biri doğulduğunda gördüm ki, bu, mənim deyil. Bilirdim ki, yaddır”, – Mariya xatırlayır və əlavə edir – bəli, bu, onun üçün sadəcə qazanc yeri idi. O, valideynlərin də xoşuna gəlib və hamiləlik dövründə həm də hamiləlikdən sonra onların dəstəyinə görə minnətdardır.

Surroqat ananın üzləşdiyi psixoloji çətinliklər

Surroqat anaların müsbət dinamikasına və saylarının artmasına baxmayaraq, medalın o biri üzü də var.

Psixoloq Antonina Nakonechnaya vurğulayır ki, cəmiyyətdə surroqat analara olan münasibət hələ də birmənalı deyil. Onlar hər kəs tərəfindən mühakimə olunur – qonşulardan kilsəyə qədər.

Onun sözlərinə görə, surroqat analıq prosesi istisnasız bütün iştirakçılar üçün böyük stress və ciddi travmadır. Surroqat ana və ailəsi, bioloji valideynlər və yaxınlar üçün.

“Surroqat ananın ailəsi var. Həyat yoldaşı yoxdursa belə, uşağı var. Qarın göründüyü zaman analar tez-tez narahat olurlar. Çünki onu gizlədirlər, ondan utanırlar. Çünki bu, mühakimə olunur. Bəzən öz uşağınıza qarşı günahkarlıq hissləri baş qaldırır. Xüsusilə uşaqlar artıq yetkin olduqda. 6 yaşında və ya daha böyük olduqda ana ilə nə baş verdiyini başa düşürlər. Uşağa bir şey izah etmək lazımdır”, – Nakoneçnaya deyir.

Akademik Fyodor Daxno hesab edir ki, infertil cütlük üçün uşaq dünyaya gətirməyi qərara alan qadınlar mühakiməyə yox, hörmətə layiqdirlər:

“Mən bir daha düstur üzərində təkid edirəm. Surroqat ana – bu, çox diqqət, özü haqqında müsbət qiymətləndirmə tələb edən qadındır. O, bir il ərzində özündən bir hissəni başqa bir qadına verməyinin qarşısında anlayış tələb edir. (…) Sərfəli olduğu üçün yox. Vətəndaş mövqeyi, vicdanı olduğu üçün”, – Fyodor Daxno deyir.

Ukraynadakı qeyri-qanuni surroqat ana bazarı nə qədər böyükdür?

Ukraynada bu cür xidmətlərin təmin edilməsilə çoxsaylı qeyri-qanuni şirkətlər məşğuldur. Bu şirkətlər onsuz da artıq bu sahədə mövcud olan yumşaq qanunvericilikdən yayına bilirlər.

“Ukrayna surroqat ana bazarının üçdə bir hissəsi qanuni deyil. Məsələn, ABŞ-da mövcud olan qurumların formatlarına uyğun olaraq xidmət təklif edə bilən on agentliyimiz belə yoxdur”, – Sergey Antonov.

Surroqat anaların axtarışları həmçinin, sosial şəbəkələr vasitəsilə, vakansiyaları olan resurslarla və ya hətta metro vaqonlarının reklamları ilə həyata keçirilir. Hüquqşünas iddia edir ki, regionlarda hətta surroqat ana olma təklifləri olan reklam bilbordlarına rast gəlmək olar.

Demək olar ki, bütün ekspertlər eyni fikirdədir: qadınların surroqat ana olmasına təkan verən əsas səbəblərdən biri maddi vəziyyətdir.Çoxu birbaşa deyir – bu, sizə ev almağa imkan verir.

“Bu, əsasən kəndlərdə yaşayan qadınlardır… və onların pula ehtiyacı var. Bu yaxınlarda bir hadisə beş verdi – qız surroqat ana oldu. Üç uşağı var, özü Vinnitsa bölgəsindəndir. Və ev almaq lazımdır. Ev baha deyil, onsuz da baxıb və artıq kirayədə yox, öz mənzilində uşaqları ilə yaşayacaq”, – Antonina Nakoneçnaya danışır.

Bununla birgə, surroqat analıq hamı üçün ancaq qazanc mənbəyi deyil.

“Mənim üçün bu, ilk növbədə, məsuliyyət idi, — Yelizaveta deyir. — İnsanlar mənə birinin həyatını etibar ediblər. (…) Mənim hamiləliyim boyunca pul haqqında yox, etibarlı bir şəkildə dayanmaqla, sağlam bir uşaq doğmaq və insanlara kömək etmək haqqında düşünürdüm”.

Ana səhifəXəbərlərUkrayna necə surroqat analığın mərkəzinə çevrildi?