Ukraynada müharibənin 3-cü ili tamamlanarkən, savaşın sona çatıb-çatmayacağı ətrafında böyük sual işarələri qalır. Trumpın müharibəni dərhal sona çatdıracağı ilə bağlı vədi Rusiyaya təslimçilik formasında şərh edilir və görünən odur ki, hadisələr bu axar üzrə gedir. ABŞ hətta müharibəni dayandıra bilməsə belə hərbi yardımları kəsməklə Ukraynaya böyük zərər vura bilər.
Rusiya işğalına məruz qalan ölkə yardımların kəsilməsi ilə aylar boyu cəbhədə geriləmə yaşamaqla bir dəfə bunu təcrübə edib. Ölkələrin yardım qrafikindən də səbəbi aydın görmək olar. Ukrayna tam Rusiya işğalının başlandığı 2022-ci ildən bəri ərazisinin 11%-ni itirib. 2014-cü il işğalını da hesaba alsaq, bu rəqəm 18%-ə çatır. Trump da deyir ki, Rusiyadan bu torpaqları geri almaq inandırıcı görünmür.