Ukrayna: İran sərnişin təyyarəsini vurduğunu əvvəldən bilib

Zelenski: “İranın hər sərnişin üçün təklif etdiyi kompensasiyanın məbləği azdır”

Source: Агентство “Цензор”


Zelenski: “İranın hər sərnişin üçün təklif etdiyi kompensasiyanın məbləği azdır”

Ukrayna təsbit edib ki, İran keçən ay Tehranda təyyarəni vurduğu an onun sərnişini təyyarəsi olmasına dair məlumatlı olub, – “Telegraph” xəbər verir.

İranlı hava nəqliyyatı nəzarətçisi ilə iranlı pilot arasında məlumat mübadiləsindən bəlli olub ki, səlahiyyətlilər Ukrayna təyyarəsinin raket zərbəsiylə vurulmasını anında biliblər.

Qəza zamanı təyyarədə olan 176 nəfər həlak olub. Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarə yanvarın 8-də havaya qalxdıqdan az sonra vurulub. Tehran qəza ilə bağlı məsuliyyəti üç gün sonra boynuna alıb və təyyarənin ABŞ-ın İranın hava qüvvələri komandiri Qasım Süleymaninin öldürülməsindən sonra Tehranla gərginləşən münasibətlər zəminində səhvən vurulduğunu etiraf edib.

Ukraynanın əldə etdiyi bu məlumatdan sonra Tehran Kiyevlə əlavə məlumat paylaşmayacağını bildirib.

“Radio Fərda”nın verdiyi xəbərə əsasən, Ukraynanın Prezidenti Vladimir Zelenski (Volodymyr Zelenskiy) televiziya çıxışı zamanı İranın hər qurban üçün 80.000 dollar təklif etdiyini bildirib. Zelenski qeyd edib ki, Ukrayna bu təklifi “çox kiçik” olduğu üçün qəbul etməyib. Zelenski həmçinin bildirib ki, insan həyatı pulla ölçülmür:

“Ancaq biz qurbanların ailələri üçün daha artıq məbləğdə kompensasiya tələb edəcəyik”.

Zelenski həmçinin deyib ki, Ukrayna təyyarəyə aid məlumatları əldə etməyib. Onun sözlərinə görə, İran Ukrayna mütəxəssislərinin fevral ayının 3-də İrana gəlməsini və qara qutunu tədqiq etməsini təklif edib.

“Qorxuram ki, iranlılar bizim mütəxəssisləri cəlb edəndən sonra desinlər ki, gəlin indi qutuları yerində deşifrə edək, daha sonra da desinlər ki, indi qara qutulara nə ehtiyac var ki?” – Zelenskiy deyib.

“Xeyr, biz qutuları Ukraynaya götürmək istəyirik”, – o vurğulayıb.

Ana səhifəDünyaUkrayna: İran sərnişin təyyarəsini vurduğunu əvvəldən bilib