Ukrayna ilə rus separatçıları arasında atəşkəs elan olunub

Atəşkəs iyulun 27-də gecəyarısından qüvvəyə minib

Source: Anna-News


Atəşkəs iyulun 27-də gecəyarısından qüvvəyə minib

Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçılarla atəşkəs qüvvəyə minib.

Azadlıq Radiosu

yazır

ki, Ukrayna Prezidenti Vladimir Zelenski (Volodymyr Zelenskiy) ilə Rusiya Prezidenti Vladimir Putin telefonda münaqişəni müzakirə etdikdən bir neçə saat sonra atəşkəs elan olunub. Atəşkəs iyulun 27-də gecəyarısından qüvvəyə minib.

Hər iki tərəflər atəşkəsi dəstəklədiyini deyib.

Atəşkəs ötən həftə Ukrayna, Rusiya və ATƏT təmsilçiləri arasında razılaşdırılıb.

2015-ci ildə Belarusun paytaxtı Minskdə Almaniya ilə Fransanın vasitəçiliyilə Ukrayna və Rusiya arasında sülh sazişi imzalanıb. Ancaq indiyədək saziş bütünlüklə həyata keçirilməyib. https://www.azadliq.org/a/30748781.html

Ukrayna Prezidentinin idarəsindən bildirilib ki, atəşkəsə əməl olunarsa, Minsk sülh sazişinin digər müddəalarının gerçəkləşməsinə yol açılar.

2014-cü ildə Rusiya Krımı tutandan və separatçıları dəstəkləməyə başlayandan Ukraynanın şərqində 13 min 200 nəfər həlak olub.

Moskva Ukraynanın şərqində əsgərləri olmadığını bildirir.

Ana səhifəDünyaUkrayna ilə rus separatçıları arasında atəşkəs elan olunub