“Ukrayna hakimiyyəti 90-cı illər Azərbaycanından dərs götürmədi”

Zərdüşt Əlizadənin 11 fevral Minski Sammitindən gözləntisi olsa da, Qərbin və Rusiyanın yanaşmalarını qeyri-məhsuldar və səmərəsiz hesab edir

Source:


Z


ərdüşt Əlizadənin 11 fevral Minski Sammitindən gözləntisi olsa da, Qərbin və Rusiyanın yanaşmalarını qeyri-məhsuldar və səmərəsiz hesab edir

“Ukraynanın indiki vəziyyəti nə Avropanın, nə Amerikanın vecinə deyil. Sadəcə, ABŞ dünya ağalığını təsdiq etmək üçün Rusiyanı yerində oturtmaq istəyir. Rusiya isə itaət etmək istəmir, cığallıq edir. Vaşinqton Moskvanı cığallıqdan çəkindirmək üçün Avropanı da, Ukraynanı da məhv etməyə hazırdır. Ancaq Avropa buna razı deyil, açıq şəkildə deyirlər ki, Ukraynaya görə niyə pis günə düşməliyik”.

Bu açıqlamanı Meydan TV-yə politoloq Zərdüşt Əlizadə 11 fevral Minsk Sammitini şərh edərkən verib.

Politoloqun 11 fevral Minski Sammitindən gözləntisi olsa da, Qərbin və Rusiyanın yanaşmalarının qeyri-məhsuldar və səmərəsiz hesab edir: “Əslində, indiki şəraitin yaranmasında Ukraynanın hakim zümrəsi qınanmalıdır. Bu adamlar Moldovanın, Gürcüstanın, Azərbaycanın, Ermənistanın ötən əsrin 90-cı illərində yaşadıqları fəlakətlərdən dərs götürmədilər. Siyasətdə inqilabla harasa getmək, yaxud uğurlu nəticə əldə etmək olmaz. Siyasət gerçəkliyi tələb edir, gerçəklik də onu göstərir ki, Rusiya-Ukrayna əlaqələri uzun müddət davam etməlidir. Baxın, Azərbaycan Rusiyadan inqilab yoluyla uzaqlaşmaq üçün Qarabağı, demokratiyanı itirdi və avtoritar, oğru sistemin cənginı düşdü. Hazırda Ukrayna həmin mərhələni yaşayır, hakimiyyətdə olanların siyasətində realizm yox, romantizm hökm sürür”.

O, Almaniya kansleri Merkellə ABŞ prezidenti Obama görüşü barədə bildirib ki, ötən il Rusiyaya sanksiyalara görə Avropa Birliyi 21 milyard dollar itkiyə məruz qalıb: “Dövlət başçılarının görüşündə də bu məsələlər müzakirə olunur. Merkel Ukraynaya görə itkiyə məruz qalmalarını istəmir. Çünki Avropa biznesmenləri, əhali etiraz edir. Ümumiyyətlə, Ukraynada Qərbpərəst qüvvənin hakimiyyətdə olmasının Avropaya, Almaniyaya nə dəxli var?! Avropalılar belə düşünür, onsuz da Ukraynanı Avropa Birliyinə və NATO-ya qəbul etməyəcəklərini deyirlər”.

Zərdüşt Əlizadə ehtimal edir ki, bu gedişatda Amerika müttəfiqsiz qala bilər, əgər belə olarsa, o zaman müharibə daha da alovlanacaq: “Əks təqdirdə, Ukrayna federallaşacaq, NATO-ya üzv olmamaq haqqqında öhdəlik götürəcək, bir sözlə, konstitusiya dəyişiləcək və Putinin dediyi olacaq. Məsələ ondadır ki, Ukraynanın Avropa Birliyinə üzv olması Qərbə sərf etmir. Çünki Yunanıstanı qəbul edəndən sonra 300 milyard dollar borc verməli oldular. Bu baxımdan oxşar situasiyanın təkrarlanmasını istəmirlər”.

Politoloq bildirdi ki, Rusiyanın gücü Putinin inadkarlığında və nüvə silahına malik olmasındadır: “Putin Amerikanın nökəri olmayacağını açıq şəkildə deyir. Amerika ərazisi işğal olunmuş Azərbaycana deyir ki, müharibə etmə, amma Ukraynaya “müharibə et” deyə bəyan edir. Hətta silah da vəd edir. Məncə, Vaşinqton Moskvanı istəyinə “baş əydirə”  bilməyəcək. Məsələ ondadır ki, Rusiyanın bəxti gətirib, vaxtilə Stalin ruslar üçün nüvə silahı yaradıb. Ona görə Rusiyanın müqavimət göstərmək gücü var. Rus xalqının bundan sonra nə qədər güc göstərəcəyini Allah bilir. Amma Putinin hakimiyyətdə olduğu dövrdə rusların itaət edəcəyi istisna olunur”.

Ana səhifəXəbərlər“Ukrayna hakimiyyəti 90-cı illər Azərbaycanından dərs götürmədi”