Olqa Morozun 35 min sakini olan Neteşin şəhərində meşələrin “soyqırıma” məruz qlaması haqqında məqalə hazırladığı bildirilir
Son 2 gündə Ukraynada üçüncü jurnalist qətlə yetirilib. Rusiyanın
newsru.com
qəzetinin məlumatına görə, Xmelnitsk vilayətində “Neteşinski Vestnik” qəzetinin baş redaktoru Olqa Moroz mənzilində qətlə yetirilib. Jurnalistin cəsədinin üzərində zorakılıq əlamətləri olub və mənzildən bəzi qiymətli əşyalar itib.
Qətlin törədilməsində məişət versiyası ilə bərabər jurnalistin peşəkar fəaliyyəti də araşdırılır. Ancaq Olqa Morozun 35 min sakini olan Neteşin şəhərində meşələrin “soyqırıma” məruz qlaması haqqında məqalə hazırladığı da bildirilir.
Ötən gün Ukraynada jurnalistlər Olesya Buzin və Sergey Suxobokun də naməlum şəxslər tərəfindən öldürülüb.