UEFA: “Ukrayna xalqına əlimizi uzatmağa hazırıq”

KIEV, UKRAINE – FEBRUARY 22, 2018: UEFA Europa League match between FC DYNAMO KIEV and FC AEK ATHENS at the NSC “Olympic”: official logo UEFA.

Təşkilat qərarlarını açıqlayacaq

UEFA (Avropa Futbol Assosiasiyaları Birliyi) Rusiyanın Ukraynaya hərbi təcavüzünü pisləyən bəyanat yayıb.

Bəyanatda deyilir ki, UEFA beynəlxalq ictimaiyyətin Avropada yaranan təhlükəsizlik vəziyyəti ilə bağlı ciddi narahatlığını bölüşür və Rusiyanın Ukraynaya davam edən hərbi təcavüzünü kəskin şəkildə pisləyir:

“UEFA Avropa futbolunun rəhbər orqanı kimi futbolu Olimpiya Xartiyası ruhunda sülh və insan hüquqlarına hörmət kimi ümumi Avropa dəyərlərinə uyğun inkişaf etdirmək və təbliğ etmək üçün yorulmadan çalışır. Biz Ukraynanın futbol ictimaiyyəti ilə həmrəyliyimizi qətiyyətlə bildiririk və Ukrayna xalqına əlimizi uzatmağa hazırıq”.

Futbolla bağlı məsələlərlə ciddi məşğul olduqlarını xatırladan təşkilat UEFA İcraiyyə Komitəsi tərəfindən qəbul edilmiş qərarların sabah (25 fevral) açıqlanacağını da vurğulayıb.

Fevralın 24-də Avropa Parlamentinin deputatları UEFA-dan xahiş edib ki, Çempionlar Liqasının finalını Rusiyanın Sankt-Peterburq şəhərində təşkil etməsinlər.  Onların UEFA-ya ünvanladığı məktubda yazılıb:

“Biz sizi Sankt-Peterburq və Rusiyanın digər şəhərlərini beynəlxalq futbol yarışlarının keçiriləcəyi yer kimi nəzərdən keçirməyi dayandırmağa və ilk addım olaraq 28 may 2022-ci il tarixində keçiriləcək Çempionlar Liqasının finalı üçün alternativ məkan seçməyə çağırırıq”.

Almaniyanın “Şalke 04” futbol klubu Rusiyanın qaz şirkəti “Qazprom”un adını Ukraynaya hücumdan sonra futbol formalarından çıxaracağını bildirib.

Ana səhifəXəbərlərUEFA: “Ukrayna xalqına əlimizi uzatmağa hazırıq”