”İğtişaşlar təkrarlanarsa, komanda Avropa çempionatından xaric ediləcək”
UEFA Rusiya Futbol İttifaqını 150 min avro cərimələyib.
Eyni zamanda, Rusiya yığması Avropa çempionatının sonunadək şərti diskvalifikasiyaya məruz qalıb.
“Rusiya yığması turnirin sonuna qədər
şərti
diskvalifikasiya olunub. Bu cür iğtişaşlar təkrarlanarsa, komanda Avropa çempionatından xaric ediləcək”,- UEFA mətbuat xidməti bildirib.
Rusiya və İngiltərə yığmalarının oyunundan əvvəl iki komanda azarkeşləri arasında dava düşüb. Hazırda rusiyalı fanatlar Fransadan ölkələrinə deportasiya olunurlar. Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib