”ÜDM-in artım tempinə görə Azərbaycan MDB-də autsayderdir”

Qubad İbadoğlu: ”Azərbaycanda iqtisadi artım tempi post-sovet məkanı üzrə ən aşağı səviyyədədir”

Source:
Qubad İbadoğlu
Qubad İbadoğlu


Qubad İbadoğlu: ”Azərbaycanda iqtisadi artım tempi post-sovet məkanı üzrə ən aşağı səviyyədədir”

ÜDM-in artım tempinə görə isə Azərbaycan MDB dövlətləri arasında sonuncudur.

İqtisadçı Qubad İbadoğlu belə deyir.

“Hər gün ekranlarda rəsmi prizmadan Azərbaycanın analoqsuz inkişafından danışılır. Ancaq son 3 ildə MDB dövlətləri arasında austsayderlər sırasında olan ölkəmiz bu mövqeyini cari ildə də qoruyub saxlayıb”.

İqtisadçı qeyd edib ki, Azərbaycanda iqtisadi artım tempi post-sovet məkanı üzrə ən aşağı səviyyədədir.

O xatırladıb ki, 2018-ci il üçün ÜDM-in artımı ilə bağlı Azərbaycan hökumətinin və beynəxlalq təşkilatların hesabatlarında bu il üçün 1,8-2 faizlik artım proqnozlaşdırılmışdı.

“Lakin, gözləntilər yenə də özünü doğrultmadı. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 10 ayında ölkədə ÜDM 0,8 faiz artıb, o cümlədən qeyri-neft ÜDM-i 1faiz artıb. Halbuki, ötən ilin eyni dövründə qeyri-neft ÜDM-i artım tempində 2,1 faiz qeydə alınmışdı”.

Əhalinin hər nəfərinə düşən ÜDM gəlincə, iqtisadçı bildirib ki, bu ilin 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə manatla 0,1 faiz azalıb:

“Bu o deməkdir, cari ilin ilk 10 ayında adambaşına iqtisadi artım olmayıb, əksinə analoqsuz inkişafın nəticsəində 0,1 faizlik eniş qeydə alınıb”.

Ana səhifəXəbərlər”ÜDM-in artım tempinə görə Azərbaycan MDB-də autsayderdir”