ÜDM-də neft-qaz sektorunun payı azalıb

Source:

“2015-ci ilin yanvarında Azərbaycanda cari qiymətlərlə 3,6 mlrd manatlıq ümumi daxili məhsul istehsal edilib”, – bu haqda Dövlət Statistika Komitəsindən Turan-a bildilib.

Bu rəqəm 2014-cü ilin eyni dövrü ilə müqayisədə 0,8 mlrd manat və ya 18,2 faiz azdır. DSK-nın hesablamasına görə, istehsal sahəsində natural artım hesabına  ÜDM 2014-cü ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artım olub.

Qeyri-neft sektorunda ÜDM 5,5 faiz, neft-qaz sektorunda 3,1 faiz artıb.

ÜDM strukturunda sənayenin xüsusi çəkisi 34 faiz olub. Bu, 2000-ci ilin əvvəllərindəki neft bumundan sonra ən aşağı göstəricidir.

Sənayenin əsas hissəsi neft qaz sahəsidir. ÜDM strukturunda sənayenin xüsusi çəkisinin azalması ilk növbədə neftin ucuzlaşması ilə bağlıdır.

Ana səhifəXəbərlərÜDM-də neft-qaz sektorunun payı azalıb