Uçmuş estakadanın yaxınlığından kişi meyiti tapılıb

Dənizdən tapılan cəsədin itkin düşmüş neftçiyə aid olduğu güman edilir

Source:

Neft estakadası
Neft estakadası


Dənizdən tapılan cəsədin itkin düşmüş neftçiyə aid olduğu güman edilir

Dənizdən naməlum kişi cəsədi tapılıb. Cəsədin itkin düşmüş neftçilərə aid olub-olmadığı müəyyənləşdirilir. Bu barədə APA-ya Axtarış-Xilasetmə Qərargahından məlumat verilib.

Bildirilib ki, meyit “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçduğu ərazinin yaxınlığında aşkar edilib.

Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Ana səhifəXəbərlərUçmuş estakadanın yaxınlığından kişi meyiti tapılıb