Üç ölkənin XİN rəhbərləri bir araya gəlir

Hikmət Hacıyev: ”Hazırda diplomatik kanallar vasitəsilə görüşün tarixi müəyyənləşdirilir”

Elxan Şahinoğlu: ”Nə Tehran, nə də Moskva Ermənistanın iştirakı olmadan Azərbaycan rəsmiləri ilə Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etməzlər”

Source:


Hikmət Hacıyev: ”Hazırda diplomatik kanallar vasitəsilə görüşün tarixi müəyyənləşdirilir”


Elxan Şahinoğlu: ”Nə Tehran, nə də Moskva Ermənistanın iştirakı olmadan Azərbaycan rəsmiləri ilə Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etməzlər”

Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun, İran Xarici İşlər Naziri Cavad Zərifin və Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarovun görüşü planlaşdırılır.

Bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.

“Görüş hələ hazırlanır”, – deyə Karasin bildirib.

Ancaq Q.Karasin görüşün nə vaxtını dəqiqləşdirməyib.

Azərbaycan XİN mətbuat katibi Hikmət Hacıyev Q.Karasinin açıqlamasını təsdiqləyib.

Onun sözlərinə görə, hazırda diplomatik kanallar vasitəsilə görüşün tarixi müəyyənləşdirilir.

Nazirlik sözçüsü bildirib ki, görüş əsnasında ikitərəfli və üçtərəfli əməkdaşlıq layihələri, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı və digər qarşılıqlı faydalı əməkdaşlıq məsələləri müzakirə ediləcək (


Trend, APA


).

Görüşü Meydan TV-yə şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, İlham Əliyevin İrana son səfəri iki ölkə arasında yeni mərhələnin başlanğıcı sayıla bilər. Çünki məhz bu səfərdən sonra Azərbaycan-Rusiya-İran formatının yaradılması haqqında razılıq əldə olundu.

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

Azərbaycanın strateji müttəfiqinin Türkiyə olduğunu vurğulayan Şahinoğlu bildirib ki, rəsmi Bakı İran və Rusiya ilə də münasibətləri inkişaf etdirmək istəyir: “Bu, rəsmi Bakının elan etdiyi balanslaşdırılmış xarici siyasətinin tərkib hissəsidir. Rəsmi Bakı bölgənin həssaslığını nəzərə alaraq işağlçı Ermənistanı çıxmaq şərti ilə digər qonşu ölkələrlə münasibətlərdə problem yaşamaq istəmir. Rəsmi Bakı həm Rusiya, həm də İranla iqtisadi və ticarət münasibətlərini inkişaf etdirmək, yeni ortaq layihələr həyata keçirməyə, tranzit statusunu artırmağa çalışır. Təsadüfi deyil ki, 3 dövlətin xarici işlər nazirlərin bu formatda ilk görüşü məhz Bakıda keçiriləcək. Çünki bu formatın təsisatında və fəaliyyətini genişləndirməsində ilk növbədə Azərbaycan hakimiyyəti maraqlıdır. Məncə, nazirlərin gələcək görüşündə iki mövzu daha çox diqqət mərkəzində olacaq. Birinci mövzu beynəlxalq terrora qarşı birgə mübarizədir. Bu məsələdə 3 dövlətin mövqeləri üst-üstə düşür. Sadəcə, o da aydındır ki, rəsmi Bakı Kreml və Moskvadan fərqli olaraq hələ ki, bəyanatdan uzağa gedə bilməz. Məsələn, rəsmi Bakı Rusiya və İran kimi Suriyanın daxili proseslərinə qarışmaq istəmir. Bu Azərbaycanın milli və təhlükəsizlik maraqlarına cavab vermir. Rəsmi Bakının Suriya ilə bağlı verəcəyi açıqlama bəllidir: “Azərbaycan Suriyann ərazi bütövlüyünü dəstəkləyir və Suriyada sülh istəyir”. Vəssəlam. Moskva və Tehranın istəyi ilə Bakı bundan artığını desə, nə bilim “Əsədin legitimliyini tanıyırıq” kimi bəyanata qol qoysa, bu Azərbaycan hakimiyyətinin Qərb və Türkiyə ilə münasibətlərinə xələl gətirər. Ona görə də xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı və iranlı həmkarları ilə birgə açıqlamasında ehtiyatlı olmalı, strateji müttəfiqlərimizin maraqlarına toxunacaq bəyanatlardan çəkinməlidir. Nazirlərin müzakirə edəcəkləri ikinci mövzu 3 dövləti birləşdirəcək dəmiryolu xətti layihəsinin sürətləndirməsidir. Bu layihənin qısa müddətdə tamamlanmasında və dəmir yolunun fəaliyyətə başlamasında hər 3 dövlət maraqlıdır.

Ancaq siyasi şərhçi Bakı görüşündə Dağlıq Qarabağ  probleminin həlli yollarınının geniş müzakirə ediləcəyini proqnozlaşdırmır: “Nə Tehran, nə də Moskva Ermənistanın iştirakı olmadan Azərbaycan rəsmiləri ilə Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etməzlər. Azərbaycan-Rusiya-İran formatı bir araya gəlsə də, nə Moskva, nə də Tehran hələ ki, Azərbaycanın xeyrinə Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyillər. Moskva və Tehran bilirlər ki, Azərbaycan müstəqil siyasət yürüdür və nə Rusiyanın, nə də İranın Qərb və Türkiyə əleyhinə planlarında iştirak etməz. Ermənistan isə vassaldır və işğal altındakı torpaqları boşaltmamaq üçün Moskvanın əlində alət olmağa hazırdır”.

Ana səhifəXəbərlərÜç ölkənin XİN rəhbərləri bir araya gəlir