”Üç ildən çox işlədiyim vəzifəyə məni yox, başqasını götürdülər”

Mirvari Qəhrəmanlı: ”Görünür, Rövnəq müəllim qanunlara oxumadan səs verib”

Source:


Mirvari Qəhrəmanlı: ”Görünür, Rövnəq müəllim qanunlara oxumadan səs verib”

“Üç il Dövlət Neft Şirkətində (SOCAR) müvəqqəti müqavilə ilə işlədim. Müqavilə bitəndən sonra “yaxşı yol”, – dedilər. Boş qalan vəzifəm üçün vakansiya elan etdilər. Mən də müraciət etdim, test imtahanından  keçdim. Sonda üç ildən çox işlədiyim vəzifəyə məni yox, başqasını götürdülər”, – SOCAR-da elektrik kimi çalışmış Zamiq Adıgözəlov belə deyir.

“Əmək qanuvericiliyini pozmaqla övladlarımı çörəksiz qoydular”

Emil Novruzov da onunla bağlanmış müvəqqəti əmək müqaviləsi bitəndən sonra işsiz qalanlardandır. Onun sözlərinə görə, müvəqqəti əmək müqavilələri hər il yüzlərlə insanı işsiz qoyur:

“Ölkə qanunvericiliyini saymayan, bunun müqabilində cəzasız qalan balaca hökmdarlar, işçiyə “sifariş”in yuxarıdan gəldiyini deyirlər. Üç azyaşlı övladım var. Ölkənin əmək qanuvericiliyini pozmaqla onları çörəksiz qoydular”.

“2017-ci il yanvarın 1-dək işçilərin sayı 1369 nəfər azalıb”

SOCAR 2016-cı il üzrə illik

hesabatı

nı  açıqlayıb. Hesabatda deyilir ki, 2017-ci il  yanvarın 1-dək şirkətin 50 min 735 nəfər işçisi olub. Onlardan 3 min 009 nəfəri son bir ildə işə götürülüb, 4 min 376 nəfər isə işdən çıxarılıb:

“Bir il ərzində 1168 nəfərlə bağlanmış əmək müqaviləsinə xitam verilib. Beləliklə 2016-cı il yanvarın 1-dən 2017-ci il yanvarın 1-dək işçilərin sayı 1369 nəfər azalıb. Səbəb struktur islahatlarının aparılması və müəssisələrdə işçilərin sayının optimallaşdırılmasıdır”.

 “Müvəqqəti işçi götürüb, müvəqqəti müqavilə bağlayırıq”

Müvəqqəti müqavilə məsələsinə gəlincə, Rövnəq Abdullayev hələ 2013-cü ildə verdiyi

video-müsahibə

sində bunun qanun pozuntusu saymadığını deyib:

Rövnəq Abdullayev foto Meydan TV

“Normalda hər bir işçi ilə əmək müqaviləsi bağlayırıq. Ancaq müvəqqəti işlər üçün işçi götürüb, müvəqqəti müqavilə bağlayırıq. Müddət bitəndən sonra da həmin şəxsi yola salırıq. Burada qanunsuz nə var ki?”


Qanunla necə olmalıdır?

Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı deyir ki, Rövnəq Abdullayev millət vəkili kimi qanunların qəbulunda iştirak edib. Ancaq cavabından görünür ki, qəbul olunan qanunlara oxumadan səs verib:

“SOCAR dövlət qurumudur, ştatlar daimidir. Daimi vəzifəyə qəbul olunan işçi ilə müvəqqəti müqavilə bağlamırlar. Ştat üzrə vəzifəyə ehtiyac olmayanda isə işçi ixtisar olunur”.

“Hər iki tərəf razı olduğu halda müqavilə müddətli bağlana bilər”

Mirvari Qəhrəmanlı bildirir ki, Əmək Məcəlləsinin 45.4. maddəsi var. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə, işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır:

“47-ci maddədə isə yazılıb ki, hər iki tərəf razı olduğu halda müqavilə müddətli bağlana bilər. Heç bir işçi razı olmur ki, onunla müvəqqəti müqavilə bağlasınlar. Çünki işçi ilə müvəqqəti müqavilə bağlayıb, istədikləri zaman onu işdən azad edib, yerinə başqasını (haqqını tələb etməyəni) götürürlər”.

Ana səhifəXəbərlər”Üç ildən çox işlədiyim vəzifəyə məni yox, başqasını götürdülər”