Üç ildə Azərbaycan vətəndaşları Türkiyədə 500-dən çox şirkət açıb

Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyinin 2015-ci ilin martında açıqladığı məlumata görə isə, Türkiyədə Azərbaycan sərmayələri əsasında 1500-dən çox şirkət fəaliyyət göstərir

Source:


Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyinin 2015-ci ilin martında açıqladığı məlumata görə isə, Türkiyədə Azərbaycan sərmayələri əsasında 1500-dən çox şirkət fəaliyyət göstərir

2015-ci ilin 11 ayında Azərbaycan vətəndaşları və şirkətləri Türkiyənin müxtəlif bölgələrində 158 şirkət qurulmasında iştirak ediblər, deyə Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB) məlumat verir.

Bu ölkədə Azərbaycan kapitallı şirkətlərin sayı sabit templə artır. 2014-cü ilin yanvar-noyabrında Azərbaycanın iş adamları Türkiyədə 153 şirkət yaradıblar.

Yeni açılan şirkətlərə qoyulan sərmayələrin həcmi 56 milyon 811 min türk lirəsi olub. Bunun 50,7 milyonu soydaşlarımızın payına düşür. 2015-ci ilin 11 ayında yeni qurulan şirkətlərə Azərbaycan mənşəli sərmayənin həcmi 30,3 faiz artıb.

Statistikaya əsasən, Azərbaycan Türkiyədə qurulan səhmdar şirkətlərin sayına görə yalnız Almaniyadan (84) geri qalaraq ikinci olub – 46 şirkət. Məhdud məsuliyyətli şirkət sayına görə isə Rusiyanı (95) qabaqlayaraq 7-ci sırada durub.

Rəsmi məlumata əsasən, 2013-2015-ci illərdə Azərbaycan kapitalı ilə bu ölkədə yeni qurulan şirkətlərin sayı 507 olub. Onların kapitalının formalaşmasına 143 milyon türk lirəsi ekvivalentində valyuta çıxarılıb.

2012-ci ilin sonuna burada 1 190 Azərbaycan sərmayəli şirkət çalışıb. Türkiyənin İqtisadiyyat Nazirlyinin məlumatına görə, son 3 il ərzində Azərbaycan şirkətlərinin Türkiyədə fəalllığı təxminən 40 faiz artıb.

Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyinin 2015-ci ilin martında açıqladığı məlumata görə isə, Türkiyədə Azərbaycan sərmayələri əsasında 1500-dən çox şirkət fəaliyyət göstərir. SOCAR da daxil olmaqla onların Türkiyə iqtisadiyyatına investisiyalarının 5 milyard ABŞ dollarından çox olub.

Bir çox ekspertlər hesab edir ki, iqtisadiyyatdakı mənfi hallar və başqa səbəblərdən bir sıra varlı adamlar kapitalını Azərbaycandan çıxarır. Manatın davam edən devalvasiyası da bunu tətikləyir.

Ana səhifəXəbərlərÜç ildə Azərbaycan vətəndaşları Türkiyədə 500-dən çox şirkət açıb