Üç ali hakimiyyət orqanının saxlanma xərci artırılacaq

Əmək ödənişi xərclərinin ən yüksək artımı Nazirlər Kabinetində olacaq

Source:


Əmək ödənişi xərclərinin ən yüksək artımı Nazirlər Kabinetində olacaq

2015-ci ildə dövlət büdcəsindən üç ali hakimiyyət orqanının saxlanmasına xərclər 23,3 faiz, büdcənin xərclər hissəsi (21,1 mlrd manat) 5,2 faiz artacaq.

Dövlət büdcəsi layihəsi ilə bağlı diskussiyalar parlamentlə yanaşı sosial şəbəkələrdə də aparılır: «Milli Büdcə Qrupu» fəaliyyətinin dayandırandan sonra ictimai fəallar sosial şəbəkələrə keçib.

«İqtisadi Təşəbbüslərə yardım» İB-nin sədr müavini Rövşən Ağayevin Facebook səhifəsində yazdığına görə, 2015-ci ildə hökumət yalnız dövlət idarəetmə aparatının saxlanmasında əmək haqqı artımı planlaşdırır. Gələn il aparat xərclərinin 99.2 milyon manatı Nazirlər Kabinetinə (+23,5 mln manat), 73.1 milyon manatı Prezident Aparatına (+9,2 mln manat), 23.4 milyon manatı Milli Məclisə (+4,3 mln manat) ayrılıb. Onların saxlanmasına 195,7 mln manat xərclənəcək. Bu, 2014-cü ildəkindən 23,3 faiz çoxdur.

Dövlət idarəetmə aparatının saxlanmasına 2015-ci ildə 552.4 milyon manat vəsait proqnozlaşdırlır. Bu, 2014-cü ildəkindən 26.7 milyon manat artıqdır.  Bu xərclərin strukturunu analiz edən ekspert bu qənaətə gəlib ki, hökumət bunu “digər xərclər”i 121 milyon manat azaltmaq hesabına edir. Nəticədə ali hakimiyyət işçilərinin maaş fondu 84,4 mln manat və ya 37,3 faiz artaraq 310,3 mln manat olacaq.

Ali hakimiyyət orqanları içərisində əmək ödənişi xərclərinin ən yüksək artımı Nazirlər Kabinetində olacaq. Belə ki, Kabinetin məvacib xərcləri gələn il 22.3 milyon manat (38 faiz) artımla 81.1 milyon manata çatacaq.

Ana səhifəXəbərlərÜç ali hakimiyyət orqanının saxlanma xərci artırılacaq