Belarusun 15 media orqanına məhdudiyyət qoyulub
“Twitter” Belarusun bir sıra dövlət mediasının və rəhbərlərinin sosial şəbəkə hesablarını məhdudlaşdırıb.
Qərar “Belta” xəbər agentliyi, “Beltelerado” şirkətinə və Belarusun təxminən 15 dövlət media orqanına tətbiq edilib.
Şirkətin təmsilçisi Yoel Rot bildirib ki, məhdudlaşdırılan media orqanları və onların Rusiyadakı filialları informasiya müharibəsi aparır.
Onlar nəzarət etdikləri mediadan, həmçinin digər aktivlərdən ictimaiyyəti çaşdırmaq üçün istifadə edirlər.
Son illərdə “Twitter”, o cümlədən digər sosial media xidmətləri, təşkilatların hökumət tərəfindən dəstəkləndiyini qeyd etmək üçün dövlət yayımçılarının və xəbər saytlarının hesablarını etiketləyir.
Belə olan halda, həmin hesablar sosial şəbəkənin axtarış sistemində və tövsiyələrdə çıxmır.
Rusiya Prezidenti Vladimir Putin fevralın 22-də açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Fevralın 24-də isə Ukraynaya genişmiqyaslı hücuma əmr verib.
Ukraynanın sərhəd xidməti Rusiya hərbçilərinin ərazilərinə Belarusdan artilleriya atəşi açdığını bildirib.
Belarusun lideri Aleksandr Lukaşenka isə Rusiyanın Ukraynaya qarşı başladığı hücumda ordusunun iştirak etmədiyini deyib.
Ukraynada başlatdığı müharibə ilə əlaqədar Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar tətbir edilir.