Tusk Bakının mövqeyini aydınlaşdırmaq üçün gəlib

Ərəstun Oruclu: “Hakimiyyət çətin vəziyyətə düşüb və o, təcrid olmaq təhlükəsi ilə üz-üzədir”

Source:


Ərəstun Oruclu: “Hakimiyyət çətin vəziyyətə düşüb və o, təcrid olmaq təhlükəsi ilə üz-üzədir”

Avropa İttifaqının vitse-prezidenti Donald Tuskun Bakıya səfəri Azərbaycanın mürəkkəb seçim qarşısında qaldığı bir dövrə təsadüf edib. Səfərin məqsədi Azərbaycanın Aİ-yə qarşı gələcək addımlarını aydınlaşdırmaqdır.

Bu fikri “Turan İA”-ın müxbiri ilə söhbətində “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu bildirib.

Son vaxtlar hakimiyyətdəki Rusiyayönlü qüvvələr Bakı və Qərblə münasibətləri korlamağa müvəffəq olub. Digər tərəfdən, aydın olur ki, Rusiya Azərbaycana qarşı yüksək tələblər irəli sürür, Oruclu belə hesab edir.

Nəticədə, Bakı çətin vəziyyətə düşüb və o, təcrid olmaq təhlükəsi ilə üz-üzədir. Eyni zamanda, Qərblə, ilk növbədə ABŞ-la gələcək qarşıdurmadan imtina əlamətləri görünür. Bu, rəsmi KİV-də anti-Amerika təbliğatının dayandırılmasında, Dövlət Departamentinin energetika üzrə nümayəndəsinin səfərində, Müdafiə Nazirliyinin Pentaqonla münasibətlərinin bərpası haqqında bəyanatında özünü göstərib.

Belə olan halda Aİ Bakının mövqeyini yoxlamaq və onun niyyətini aydınlaşdırmaq istəyir.

Məlum olduğu kimi, Bakı Aİ ilə assosiasiya sazişindən imtina edib, İlham Əliyev isə “Şərq Tərəfdaşlığı”nın Riqa sammitinə məhəl qoymayıb.

Eyni zamanda, Oruclunun fikrincə, son dövrlər Rusiyanın aqressiv əməlləri Moskvanın əlaqələndirilmiş energetika siyasəti həyata keçirmək barədə Bakıdan razılıq ala bilmədiyini ehtimal etmək üçün əsas verir.

İrana qarşı sanksiyaların ləğvi və bu ölkədən Avropaya neft və qaz ixracı perspektivi Rusiyanı Cənubi Qafqazda daha amansız davranmağa vadar edir. Lakin Azərbaycan Qərbin dəstəyi sayəsində özünü bundan qoruya biləcək. Qərb isə geosiyasət naminə Azərbaycanda insan hüquqları məsələsinə qurban verməyəcək.

Buna görə Oruclu Bakının siyasətinin və ritorikasının yumşalacağını, gələcəkdə isə siyasi məhbusların azad ediləcəyini gözləyir.

Ana səhifəXəbərlərTusk Bakının mövqeyini aydınlaşdırmaq üçün gəlib