Türkmənistanda ”gülənçi”lərlə iş birliyində günahlandırılanlara hökm oxunub

Həmin şəxslərə 20 ilədək həbs cəzası verilib

Source:


Həmin şəxslərə 20 ilədək həbs cəzası verilib

Türkmənistanda “gülənçi”lərlə iş birliyində ittiham olunan 40 nəfərə hökm oxunub.

Azadlıq Radiosunun Türkmənistan bürosu yazır ki, hökmlər 5-7 iyul tarixlərində çıxıb. Azadlıqdan məhrum olunanların böyük əksəriyyəti Türkmənistanda fəaliyyət göstərən Türk liseylərinin keçmiş əməkdaşları və məzunlarıdır.

Bundan öncə, mayın sonunda 50-dən çox kişinin də eyni ittiham ilə azadlıqdan məhrum olunmaları barədə xəbər yayılmışdı. Məhkəmənin qapalı keçirildiyi bildirilirdi. Həmin şəxslərə 20 ilədək həbs cəzası verilib.

“Gülənçi”lər hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fətullah Güləni dəstəkləyənlər, onun davamçıları sayılır. Türkiyə hökuməti F.Güləni iyulun 15-də ölkədə baş verən dövlət çevrilişinə cəhdi himayə etməkdə günahlandırır. F.Gülən bu iddiaları rədd edir.

Ana səhifəXəbərlərTürkmənistanda ”gülənçi”lərlə iş birliyində günahlandırılanlara hökm oxunub