Türkmənistanda cəsədi tapılan 2 neftçinin kimlikləri açıqlanıb

Daha 2 neftçinin cəsədi Türkmənistanda tapılıb

Source:


Daha 2 neftçinin cəsədi Türkmənistanda tapılıb

Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ”Günəşli” yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.

SOCAR-dan “APA-Economics”ə verilən xəbərə görə, Xəzər dənizinin Türkmənistan sektorunda iki cəsəd aşkar edilib, bu haqda Azərbaycan tərəfinə məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin amfibiya tipli təyyarəsi istintaq qrupu və SOCAR-ın “Azneft” İB-nin işçiləri ilə birlikdə cəsədlərin tanınması və Respublikaya gətirilməsi üçün Türkmənistana yola düşüb.

Orada olan SOCAR əməkdaşları tərəfindən aparılmış ilkin baxış nəticəsində verilmiş məlumata əsasən tapılanlar ”Günəşli” yatağında baş vermiş qəza nəticəsində itkin düşmüş Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğlunun cəsədləridir.

Ana səhifəXəbərlərTürkmənistanda cəsədi tapılan 2 neftçinin kimlikləri açıqlanıb