Qurbanqulu Berdimuhammedov

Mənbə: google.az

Başlıq: Qurbanqulu Berdimuhammedov

Türkmən prezidenti Berdumuhammedovun öldüyü iddiası səngimir

Prezidentin görünməməsi və bir qrup həkimin təcili olaraq Aşqabada uçması bu iddiaları gücləndirmiş olur

“Şrödinqerin (Schrödinger) pişiyi kimi Türkmənistan prezidenti həftə sonu heç bir nəticə olmadan həyat və ölüm arasında var-gəl edib”.

“Foreign Policy” belə yazıb. Sayt xəbər verir ki, Xəzər dənizi boyunca dünyanın dördüncü ən böyük təbii qaz ehtiyatlarına sahib Mərkəzi Asiyanın təcrid olunmuş ölkəsi olan Türkmənistandan prezidentin səhhəti ilə bağlı məlumat almaq mümkünsüz olub.

Türkmənistanda internetə giriş nəzarət altındadır və müstəqil media yoxdur. Bu səbəbdən türkmən əhalisi və ölkə xaricindəki müşahidəçilər rəsmi təbliğatın sətirlərarası məlumatlarına və dəhlizlərdə danışılan söz-söhbətə istinad edərək, ölkə ilə bağlı nəticə çıxarmağa çalışırlar.

Bazar günü belə bir şayiə prezident, 62 yaşlı avtokrat Qurbanqulu Berdimuhammedov ilə bağlı oldu. Onun böyrək çatışmazlığından vəfat etməsi xəbəri sosial mediada, xəbər saytlarında və onlayn mesajlarda dolaşmağa başladı. Moskvadakı Türkmənistan səfirliyi ilk olaraq addım atıb xəbərləri inkar etdi və bu şayiəni "mütləq yalan" adlandırdı.

Ancaq söhbətlər səngimək bilmir. Artıq bir gündən çox danışılan söhbətlər rus mətbuatının Türkmənistan liderinin ölümü ilə bağlı xəbərlərinin ardından daha da alovlanmağa başladı. Berdimuhamedov indiyə qədər şəxsən çıxış edərək xəbərləri yalanlamayıb. Səfirlik isə bəyan edir ki, Türkmənbaşı anasının xəstəliyi ilə məşğuldur.

Bu epizod bir çox analitikin dediyi kimi, Türkmənistandan hər hansı informasiyanın alınması ilə bağlı mövcud olan çətinlikləri bir daha sübut edir. 5.7 milyon əhaliyə sahib Türkmənistan liderlik kultuna və ölkənin təcridi baxımından Şimali Koreydan sonra gələn ikinci ölkədir.

"Məlumatın monolopoliyada olması belə problemlərlə nəticələnir," - Glasgow Universitetinin Türkmənistan mütəxəssisi Luca Anceschi deyib: "Hökumətə güvənmək istəmədikdə heç kimə güvənməyəcəksiniz".

Berdimuhammedovun sağlamlığının pisləşməsinə dair gedən söz-söhbətlər qeyri-adi hal deyil. Lakin bu sonuncu bir sıra qeyri-adi hadisələrdən təsirlənmiş ola bilər. Prezidentin ölümü haqqında ilk məlumatlar, şənbə günü Avropada yaşayan sürgün edilmiş dissident, türkmən müxalif qrupuna aid “Youtube” video kanalından yayımlanıb. Bu iddia sosial mediada dolaşdıqdan sonra Rusiya mediasında yayımlandı. 10 gündür Berdimuhammedovun görünməməsi və bir qrup həkimin təcili olaraq Aşqabada uçması və may ayında Aşqabaddan Almanyaya təcili rəsmi uçuşların olması bu iddiaları gücləndirmiş olur.

Ölkənin xaricində yerləşən müxalifət internet saytı isə Berdimuhammedovun anasının ağır vəziyyətdə olduğunu, Almaniyaya aparıldığını və bu prezidentin tətili ilə bir zamana təsadüf etdiyini bildirib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/8fz3ci

Ən çox baxılan